Home Contact Phone
background

Xəbərlər

  • Novruz bayramı münasibəti ilə təntənəli bay...

    Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

    2017-03-17

    Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. Tarixən milli düşüncə tərzinin və məfkurəsinin formalaşmasında, insanların yüksək əxlaqi dəyər və normalar çərçivəsində yaşamasında böyük rol oynayan Novruz bayramı özündə paklığı, mühüm insani dəyərləri tərənnüm edir. Varlığın yenidən canlanmasını müjdələyən Novruz əsrlər boyu həm də insanlarımızı işıqlı sabaha, xoşbəxt gələcəyə aparıb. Bu bayram sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb.

  • Nərimanov rayon məktəbliləri “Ölkəmizi tan...

    Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində respublikamızın Naxçıvan Muxtar Respublikasına yola salınıblar.

    2017-03-16

    16 mart 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin qarşısında ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində Nərimanov rayonun məktəblilərindən ibarət qrup Naxçıvan Muxtar Respublikasına yola salındılar.

  • Xocalı soyqırımının 25-ci ildönümünə həs...

    Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

    2017-02-24

    24 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.

  • Xocalı soyqırımının 25-ci ildönümünə həs...

    Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

    2017-02-22

    Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Qadınlar Şurasının və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

  • Nərimanov rayonunun rəhbərliyi və gəncləri R...

    Nərimanov rayonunun rəhbərliyi və gəncləri Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində olublar

    2017-02-21

    21 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar.