Home Contact Phone
background

Xəbərlər

  • Nərimanov rayonunda Ramazan bayramı münasibəti...

    Nərimanov rayonunda Ramazan bayramı münasibətilə ərzaq sovqatları paylanılıb

    2020-05-24

    Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Ramazan bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, rayon sakini olan Milli Qəhrəman ailələrinə, gözdən əlil və fiziki məhdudiyyətli digər şəxslərə, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə 300-dən artıq ərzaq məhsullarından ibarət sovqatlar verilib. Ərzaq yardımı Rayon İcra Hakimiyyətinin əməkdaşları və DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər tərəfindən paylanılıb. Ərzaq payı ilə bərabər sakinlərə ictimai yerlərdə istifadə üçün tibbi maskalar da verilmişdir. Görüş zamanı sakinlərə karantin rejimi qaydaları bir daha deyilmiş, sosial məsafə saxlamağın və fərdi gigiyena qaydalarının vacibliyi ətraflı izah edilmişdir.

  • “Azərbaycan Respublikası Prezidentinin uğurlu...

    “Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti”

    2020-05-23

    Nərimanov Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti” mövzusunda videokonfrans keçirilib. Konfransda Nərimanov Rayon İcra Hakimiyyətinin müavini (İ.Mahmudova) və əməkdaşları, ümümtəhsil və məktəbəqədər təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai təşkilatların sədrləri, gənclər və könüllülər iştirak ediblər. İradə xanım Mahmudova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Ramazan Bayramı və Respublika günü münasibəti ilə təbrik edib, Uca Tanrıdan edilən dualarını qəbul olunmasını arzulayıb.

  • Nərimanov  rayonunda əhaliyə pulsuz tibbi maska...

    Nərimanov rayonunda əhaliyə pulsuz tibbi maskalar paylanılır

    2020-05-23

    "Bir-birimizi qoruyaq" aksiyası çərçivəsində əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Bir" Tələbə Könüllü programı, Formula 1 könüllüləri, ASAN könüllüləri və Gənc könüllüləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb.

  • Parkların dezinfeksiyası

    Parkların dezinfeksiyası

    2020-05-20

    Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində parklara tətbiq edilən məhdudiyyətin ləğv olunması ilə əlaqədar koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonunda hər gün mütəmadi olaraq dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

  • Koronavirus pandemiyası ilə əlaqədar Nərimano...

    Koronavirus pandemiyası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib

    2020-05-15

    Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib.

  • Nərimanov rayonunda koronavirusa qarşı mübariz...

    Nərimanov rayonunda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində aparılan işlər uğurla həyata keçirilir.

    2020-05-13

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması ilə bağlı tədbirlər davam etdirilir.

  • Ümummilli Lider Heydər Əliyevin xatirəsi Həş...

    Ümummilli Lider Heydər Əliyevin xatirəsi Həştərxanda anıldı

    2020-05-10

    Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılaraq yad edilmişdir. Həştərxan Vilayəti Hökümətinin sədri A.Şarıkin, Həştərxan şəhəri Administrasiyasının rəhbəri M.Permyakova, İqtisadiyyat, təbii sərvətlər və nəqliyyat naziri D.Afanasev, Xarici Əlaqələr Agentliyinin rəhbəri V.Qalovkov, Azərbaycan Diasporasının rəhbərliyi və fəal üzvləri, Azərbaycan İş Mərkəzinin kollektivi, AMOR Həştərxan bölməsinin üzvləri Ulu Öndərin anadan olmasının 97-cı ildönümü münasibətilə abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılmışdır.

  • Nərimanov rayonu da qanvermə aksiyasına qoşuld...

    Nərimanov rayonu da qanvermə aksiyasına qoşuldu

    2020-05-08

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivləri də könüllü qoşularaq aksiyada fəal iştirak edblər. Aksiya iştirakçıları mayın 8-də B.Eyvazov adına Elmi-Tədqiqat Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.

  • Nərimanov RİH-də növbəti onlayn-müşavirə k...

    Nərimanov RİH-də növbəti onlayn-müşavirə keçirilmişdir.

    2020-05-04

    Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə yumşaldıcı Tədbirlər Planının rayonda icra vəziyyəti ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu gün onlayn müşavirə keçirmişdir.

  • Nərimanov rayonunda COVİD-19 qarşı mübarizə ...

    Nərimanov rayonunda COVİD-19 qarşı mübarizə və əhaliyə dəstək davam edir

    2020-05-01

    Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində Respublika əhalisinin maddi-rifah və məşğulluq vəziyyətinin aşağı düşməsinə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə bir çox tədbirlər görülməkdədir.

  • Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun d...

    Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd edilib.

    2020-04-25

    25 aprel 2020-ci il tarixdə Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Gənclər və İdman İdarəsinin fəal gəncləri Milli Qəhrəmanın heykəlinin önünə gül əkliyi qoyaraq xatirəsini yad ediblər. Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakı şəhərində anadan olub. O, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş, dəfələrlə düşmənin zirekli tanklarını və digər qüvvələrini məhv etmişdir.

  • Nərimanov rayonunda şəhid ailələrinə, imkans...

    Nərimanov rayonunda şəhid ailələrinə, imkansız, tənha sakinlərə növbəti ərzaq sovqatı paylanıb

    2020-04-18

    Karantin rejiminin tətbiqi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb. Aksiyası çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 2400 artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.

  • Nərimanov rayonunda ehtiyacı olan sakinlərə n...

    Nərimanov rayonunda ehtiyacı olan sakinlərə növbəti ərzaq sovqatı paylanıb

    2020-04-14

    Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb.

  • Vətəndaşların nəzərinə!

    Vətəndaşların nəzərinə!

    2020-04-09

    Vətəndaşların nəzərinə!

  • FHN-in avtonəqliyyat vasitələri sahiblərinə m...

    FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti

    2020-04-09

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.

  • Nərimanov rayonunda koronovirusla mübarizə çə...

    Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir

    2020-04-07

    Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun küçələri, səkiləri, ödəmə terminalları və bankomatları, yaşayış binalarının həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlərində xüsusilə intensiv şəkildə dezinfeksiya işləri aparılır.

  • Nərimanov rayonunda dezinfeksiya tədbirləri dav...

    Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir

    2020-04-06

    Nərimanov rayonunda küçə və prospektlərin səkiləri, binaların həyətləri, girişləri, pilləkən qəfəsləri, liftləri təsirli kimyəvi vasitələrlə koronovirusla mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir.

  • Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, ...

    Nərimanov Rayon İcra Hakimiyyəti: evdə qalaq, həmrəy olaq, sağlam olaq!

    2020-04-02

    Operativ Qərargahın son tövsiyə və göstərişlərinə müvafiq olaraq bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayonun fəal könüllüləri tərəfindən sakinlər arasında aktiv maarifləndirmə-təbliğat işləri aparılır.

  • Nərimanov rayonunda tikinti davam edən sahələr...

    Nərimanov rayonunda tikinti davam edən sahələrdə dezinfeksiya və təbliğat işləri görülür.

    2020-04-01

    Nərimanov rayonunda yerləşən tikinti sahələrində koronovirusla mübarizə məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir. Həmçinin tikintidə işləyənlər arasında infeksiya ilə mübarizə məqsədilə riayət edilməli olan gigiyena qaydaları ətraflı izah olunur. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qərargahın rəhbərliyi rayon ərazisindəki tikintilərdə dezinfeksiya və təbliğat işlərinin gedişatı ilə yerində tanış olmuşlar.

  • Nərimanov Rayon İcra Hakimiyyəti: Siz evdə qal...

    Nərimanov Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!

    2020-03-31

    Bütün Respublika ərazisində olduğu kimi Nərimanov rayonunda da koronovirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində rayon ərazisində Operativ Qərargahın qərarlarının, ciddi karantin rejiminin icra olunması ilə bağlı dezinfeksiya, maarifləndirmə-təbliğat və sosial izolyasiya işləri davam etdirilir.

  • Nərimanov rayonu ərazisində koronovirusla (COVI...

    Nərimanov rayonu ərazisində koronovirusla (COVID-19) mübarizə çərçivəsində ciddi karantin rejimi ilə bağlı geniş maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

    2020-03-29

    Nərimanov Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Operativ Qərargahın sədri, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qərargah sədrinin müavini, Qərargah üzvlərindən ibarət qruplar gün ərzində rayon ərazisində, Atatürk, Heydər Əliyev, F.X.Xoyski prospektlərində, Akademik H.Əliyev, A.Neymətulla, Təbriz və digər küçələrdə Nazirlər Kabineti Operativ Qərargahının son qərarları və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi ilə bağlı əhali arasında maarifləndirmə-təbliğat işlərində iştirak edirlər.

  • Nərimanov rayonu ərazisində koronovirusla (COVI...

    Nərimanov rayonu ərazisində koronovirusla (COVID-19) mübarizə çərçivəsində maarifləndirmə və dezinfeksiya tədbirləri davam etdirilir

    2020-03-28

    Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də operativ şəkildə icra olunur.

  • Nərimanov rayonunda koronovirusla mübarizə çə...

    Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir

    2020-03-25

    Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın göstərişlərinə uyğun olaraq koronavirusa qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də icra olunur.

  • Nərimanov rayonunda dezinfeksiya tədbirləri dav...

    Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir

    2020-03-22

    Nərimanov rayonunda yerləşən yaşayış binalarında koronovirusla mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir. Rayon İcra Hakimiyyəti, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Rayon Epidemiologiya Mərkəzinin birgə həyata keçirdiyi tədbirlər çərçivəsində binaların girişləri, pilləkən qəfəsləri, liftləri, həyətləri təsirli kimyəvi vasitələrlə dezinfeksiya olunur.

  • Novruz bayramı ilə əlaqədar yanğın təhlük...

    Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

    2020-03-12

    Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır: