Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonu da qanvermə aksiyasına qoşuldu

08 may 2020 | 16:00

Nərimanov rayonu da qanvermə aksiyasına qoşuldu

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev  Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivləri də könüllü qoşularaq aksiyada fəal iştirak edblər.  Aksiya iştirakçıları mayın 8-də B.Eyvazov adına Elmi-Tədqiqat Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Azərbaycanda talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlər dövlət qayğısı ilə hərtərəfli əhatə olunublar. Ölkəmizdə bu həssas sahə ilə bağlı görülən tədbirlər əhalinin daha sağlam gələcəyinə hesablanıbdır. Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını, onların risk qrupuna aid olduqlarını nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Qan çatışmazlığı həyatları qandan asılı olan xəstələrə mənfi təsir göstərə bilər.
Həkim hemotoloqlar tərəfindən hər bir donorun sağlamlığı əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra donorlardan qan götürülmüşdür. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaqdır.
Aksiyaya qoşulanlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu vurğulayaraq, belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Keçidlər