Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda əhaliyə pulsuz tibbi maskalar paylanılır

23 may 2020 | 16:00

Nərimanov  rayonunda əhaliyə pulsuz tibbi maskalar paylanılır
"Bir-birimizi qoruyaq" aksiyası çərçivəsində əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Nərimanov  Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Bir" Tələbə Könüllü programı, Formula 1 könüllüləri,  ASAN könüllüləri və  Gənc könüllüləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb.
Həmçinin, vətəndaşlara gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək, sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılıb. Aksiya çərçivəsində vətəndaşlara 2000-dən artıq tibbi maska paylanılmışdır.

Keçidlər