Şriftin ölçüsü :

Saytın rəngi :

Həştərxan Dövlət Universitetində fəxri professorların portretləri qalereyası açılıb

03 sentyabr 2020 | 16:00

Həştərxan Dövlət Universitetində fəxri professorların portretləri qalereyası açılıb. Azərbaycan Prezidenti İlham Əliyevin portreti qalereyada xüsusi yer tutur

Həştərxan Dövlət Universitetində (HDU) fəxri professorların portretləri qalereyası açılıb.
AZƏRTAC xəbər verir ki, qalereyada Azərbaycan Prezidenti İlham Əliyevin portreti xüsusi yer tutur. Azərbaycan dövlətinin başçısına HDU-nun Fəxri professoru adı 2016-cı ildə bu ali məktəbin Elmi şurasının qərarı ilə verilib.
Portretləri qalereyanı bəzəyən doqquz fəxri professor arasında Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill, ABŞ-ın Klark Universitetinin nümayəndələri Con Basset və Tomas Messi, HDU-nun qocaman müəllimləri, siyasi və ictimai xadimlər var.
Bu layihə Həştərxan Dövlət Universiteti ilə rəssam Boris Medvedevin əməkdaşlığı sayəsində həyata keçirilib. Layihənin davam etdirilməsi və qalereyaya digər fəxri professorların portretlərinin də əlavə edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, hazırda bu universitetin qırxdan çox fəxri professoru var.


https://azertag.az/xeber/1575179
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Keçidlər