Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Sağlamlıq Mərkəzində müalicə alan qazilərlə görüş keçirilmişdir

26 dekabr 2020 | 16:00

24 dekabr 2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzində müalicə alan qazilərlə görüş keçirilmişdir.

Görüşdə Mərkəzin rəhbərliyi və kollektivi ilə yanaşı Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova və Yeni Azərbaycan Partiyası Nərimanov Rayon təşkilatının sədri Təmraz Tağıyev qonaq qismində iştirak etmişdirlər.
Mərkəzin icraçı direktoru Asiman Həsənov çıxışında Ali Baş Komandanımızın dövlətimizin idarəsindəki müdrik strategiyalarından və onun beynalxalq arenadakı gücündən bəhs etdi. Tədbir iştirakçılarını və qazilərimizi qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni İl münasibəti ilə təbrik etdi.
Daha sonra nümayəndə heyəti mərkəzdə müalicə alan qazilərimizə torpaqlarımız uğrunda gedən döyüşlərdəki cəsarətlərindən dolayı təşəkkür edib, hədiyyələr təqdim etdilər.

Keçidlər