Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Vətən müharibəsi iştirakçıları və qazilərlə növbəti görüş keçirilib

06 may 2021 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətində ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qazilər və Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş keçirilib.
Nərimanov rayon İcra  Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, YAP  Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Tahir İbrahimov Vətən müharibəsi iştirakçıları, qazi və qazi valideyni ilə görüşüb.
Görüşdə ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət dilənib, xatirələri 1 dəqiqəlik sükutla yad olunaraq qazilərimizə şəfa, Vətən müharibəsi iştirakçılarına minnətdarlıq ifadə edilib. Görüş zamanı Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən qazilərin, müharibə iştirakçılarının gündəlik qayğıları diqqət mərkəzində olub, onları narahat edən məsələlər dinlənilib və müvafiq dəstək göstərilib. İştirakçılar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə lazımi tapşırıqlar verilib. Daha sonra səhhəti ilə əlaqədar tədbirdə iştirak edə bilməyəyn qazinin evində ona baş çəkilmiş, rayon İcra Hakimiyyətinin və gənclərin onun kimi bütün qazilərin hər zaman yanında olduğu bildirilmişdir.
Qeyd edək ki, rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə müntəzəm olaraq baş çəkilir, qayğıları öyrənilir, qazi və müharibə iştirakçıları ilə görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində lazımi işlər aparılır.
Qazi və Vətən müharibəsi iştirakçıları isə öz növbəsində hər zaman onlara göstərilən yüksək qayğı və diqqətə görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

Keçidlər