Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günü Nərimanov rayonunda qeyd edilib

08 may 2021 | 16:00

Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş, ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına” görə medalları ilə təltif edilmiş Səbuhi Sadıqovun anadan olmasının 25 illiyi ilk öncə onun təhsil aldığı 73 saylı tam orta məktəbdə qeyd edilib.
Tədbirdə şəhidin ailə üzvləri, Nərimanov rayon İcra  Hakimiyyətinin  başçısının müavini İradə Mahmudova, RİN-nin “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Tahir İbrahimov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, rayon Ağsaqqlallar Şurasının sədri Miri Həsəov, Nərimanov Rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, 3 şəhid məzunu olan eyni nömrəli məktəbin direktoru Füzuli Həsənov, şəhidin sinif rəhbəri və sinif yoldaşları iştirak edib. Ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət dilənib, xatirələri 1 dəqiqəlik sükutla yad olunub. Daha sonra müəllimləri və sinif yoldaşlarları onunla bağlı xoş xatirələrini böyük qürur hissi bölüşmüş, onun hələ məktəb illərindən necə cəsur və vətənpərvər ruhda olduğundan söhbət etmişlər.
Məktəbdə 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə bağlı rəsm sərgisi də keçirilib. Sərgidə müxtəlif yaş qruplaında olan rayon şagirdlərinin şanlı qələbəmizə həsr olunmuş rəsm işləri nümayiş etdirilmişdir. Daha sonra şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib və məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şerlər dinlənilib.
Tədbirdən sonra şəhidin xatirəsinə həsr olunmuş 13-14 yaşlılar arasında mini futbol turnirinin açılışı olub. Olimpiya sistemi üzrə aparılan və 4 komandanın mübarizə apardığı turnirin qalibləri Nərimanov rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi tərəfindən mükafatlandırılıblar.
O cümlədən peşəkar rəssam tərəfindən çəkilmiş şəhidin portreti onun ailəsinə xatirə olaraq hədiyyə edilmişdir.
Səbuhinin valideynləri övladlarının unudulmadığını görməyin qürurunu yaşadıqlarını, onlara hər zaman göstərilən diqqətə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və xüsusi qayğıya görə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.
Həmçinin 8 may tarixi Qarabağ müharibəsinin qeyri-adi qəhrəmanlarından biri, hələ sağlığında haqqında əfsanələr dolaşan Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun şəhid olduğu gündür. Nərimanov rayon gəncləri bütün qəhrəmanlarımız kimi Aqarunovun da xatirəsini unutmamış, onun Nərimanov rayonunda yerləşən abidəsini ziyarət etmiş, önünə gül qoyaraq onu yad etmişlər.
Qeyd edək ki, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə müntəzəm olaraq baş çəkilir, qayğıları öyrənilir, onların xatirələri yaşadılır, qazi və müharibə iştirakçıları ilə görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində lazımi tədbirlər görülür.

Keçidlər