Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid övladları ilə görüş təşkil olunub

01 iyun 2021 | 16:00

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində şəhid olan qəhrəmanların övladlarının da iştirakı ilə rayonda yerləşən 64 saylı uşaq bağçasında uşaqlarla görüş təşkil olunub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi tarixi zəfərdən bəhs edilərək şəhidlərin unudulmaz xatirələri dərin ehtiramla yad olunub. O cümlədən dövlətin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olduğu, onların xalqımızın qəlbində daima yaşayacaqları vurğulanıb.
Tədbir müxtəlif əyləncəli, rəngarəng kompozisiyalarla davam edib. Uşaqlar üçün əyləncəli və interaktiv oyunlar təşkil edilmiş, azyaşlılar arasında vətənpərvərlik mövzusunda şer müsabiqəsi keçirilmişdir. 
Eyni zamanda, tədbirdə Vətən Müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri, Nərimanov rayon sakini, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş  şəhid Hüseynov Kamran Bəhman oğlunun övladının ad günü də qeyd olunub.
Şəhid ailələri ilk gündən şəhidlərimizə, onların ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildiriblər. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində yad edilməsi, eyni zamanda bu gün - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid övladlarının təbrik edilməsi şəhid ailələrinə və onların övladlarına göstərilən növbəti qayğı kimi qeyd edilib.

Keçidlər