Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “8 noyabr Zəfər Günü” qeyd edilmişdir.

08 noyabr 2021 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü” ilə əlaqədar geniş silsilə tədbirlər keçirilib.
  Nərimanov rayonunda Zəfər günündə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun müvafiq sərəncamı ilə Vətən Müharibəsi qəhrəmanları polkovnik Zaur Nudirəliyev və baş-leytenant Azad Hümbətovun adlarının verildiyi küçələrdə lövhələrin açılışı mərasimi keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin üzvü Rasim Musabəyov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin üzvləri iştirak etmişdir.
Mərasimdə şəhidlərimizin Vətən Müharibəsi zamanı göstərdikləri igidliklərdən danışılıb. Daha sonra şəhidlərin ailə üzvləri tərəfindən küçələrin açılışı olmuşdur.
Sonra tədbir iştirakçıları Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini də dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə  və Azad Hümbətova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Ali Baş Komandanın digər Sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə",  Azad Hümbətov isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Sonra tədbir iştirakçıları birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun abidəsi önünə gələrək onun xatirəsini də dərin ehtiramla yad ediblər.
Daha sonra rayon ictimaiyyıtinin də iştirakı ilə ”Zəfər Dastanı” adlı tədbir keçirilmişdir. Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak etmişlər.
İlk öncə Vətən Müharibəsinin şəhidləri xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə rayon məktəblilərinin ifasında “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış, Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş sənədli film nümayiş edilmişdir.
Daha sonra Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış Vətən Müharibəsi şəhidlərinin həyatından və döyüş yolundan bəhs edən “44 günlük Zəfər dastanı” kitabının təqdimatı baş tutmuşdur.
Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni qəsbkarlarlarının işğalı altında olan torpaqlarımızın azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində böyük igidlik və şücaət göstərən ordumuz gücünü bütün dünyaya göstərdiyini qeyd etmişdir. O, qeyd etmişdir ki, döyüşlər zaman xalqımız ölkə rəhbərliyi ətrafında vahid yumruq şəklində birləşərək düşməni qısa bir zamanda məğlub etmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən şəhidlərimiz polkovnik Baxşəliyev Qərib “İgidliyə görə” medalı, Bəkirli Azad “Vətən uğrunda” medalı, Qasımov Əli, Məmmədov Sinan və Məmmədov Murad “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdirlər. Tədbirdə şəhidlərimizin medalları ailə üzvlərinə təqdim edilmişdir.
Sonda Nərimanov rayonunun şəhid ailələri adından Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlanmış təbrik məktubu Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov tərəfindən oxunmuşdur.
Tədbirdə  şəhid ailələri ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya, hərtərəfli dəstəyə görə, şəhid adının əbədiləşdirilməsi istiqamətində görüləm işlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.
Bu gün həmçinin rayon ərazisində yerləşən Birinci Qarabağ müharibəsi və Vətən Müharibəsi şəhidlərinin abidələri ziyarət edilmişdir.

Keçidlər