Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Nəsillərin dialoqu: Qarabağ zəfəri - şəxsiyyət faktoru” mövzusunda gənclərlə görüş keçirilib

17 mart 2022 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkiltçılığı ilə “Nəsillərin dialoqu: Qarabağ zəfəri - şəxsiyyət faktoru” mövzusunda gənclərlə görüş keçirilib.
Millət vəkillərinin, ziyalıların, vətən müharibəsi iştirakçılarının və gənclərin iştirak etdiyi tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxış edərək, ölkədə əldə edilən uğurlarda, böyük Qarabağ zəfərində şəxsiyyət faktorunun, dövlət başçısı fenomeninin önəmindən danışmışdır. Qeyd edilmişdir ki, bu  böyük zəfər təkcə Azərbaycan tarixinin deyil, həm də dünya hərb və diplomatiya tarixinin ən parlaq hadisələrindən biridir. Bir vaxtlar anarxiya, xaos və böhranın hökm sürdüyü, parçalanmaq təhlükəsi ilə üz-üzə olan ölkə bu gün böyük uğurlara imza atır, böyük zəfərlər qazanır. Gənc nəsil bu həqiqətləri bilməli, təhlil etməli və düzgün nəticələrə gəlməlidir.
Tədbir Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyeva, 100 yaşlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri, “İstiqlal” ordenli Fatma Səttarova, Respublikanın Xalq artisti Nürəddin Mehdixanlı və digər natiqlərin təsirli çıxışları ilə yadda qaldı.
“Nəsillərin dialoqu” mövzusunda tədbirlər təkcə rəsmi formatda deyil, Nərimanov rayonunun təhsil müəssisələrində, məhəllələrində də silsilə şəkildə davam etdiriləcək.

Keçidlər