Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda növbəti səyyar qəbul baş tutub

30 mart 2022 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev rayon sakinlərinin iştirakı ilə növbəti səyyar qəbul keçirib. Qəbul Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli  “Ekologiya”  Liseyində baş tutub. Görüşdə RİH  başçısı Aparatının  məsul şəxsləri, Sahə İnzibati Ərazi  Dairəsi üzrə nümayəndəliklərinin, rayon bələdiyyəsinin, kommunal və digər xidmət sahələrinin rəhbərləri də iştirak ediblər.
Qəbulda  çıxış edən icra başçısı, Möhtərəm cənab Prezidentin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə və operativ həllinə geniş imkan yaratdığını bildirib.
Vətəndaşlar  rayon rəhbərliyi tərəfindən fərdi  qaydada dinlənilib, müraciətlərin bir qismi yerindəcə həll olunub, qaldırılan məsələlərin qısa müddətdə həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, həlli vaxt və araşdırma tələb edən məsələlər nəzarətə götürülüb.
Qəbulda iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bidirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər