Məlum olduğu kimi 16 iyul 2020-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan videoiclas keçirilmişdir. Möhtərəm Prezident məlumat vermişdir ki, İyul ayının 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbələr endirmiş, bu gözlənilməz zərbələr nəticəsində bizim hərbçilərimiz şəhid olmuş və yaralanmışlar. Ermənistan tərəfi bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərmişdir. Halbuki bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz olmamışdır və ola da bilməzdi.
2 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda yeni növ koronavirus ( COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının yoxlanılması ilə bağlı reydlər keçirilməyə davam etdirilir.
COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonu ərazisində yaradılmış 20 mobil işçi qrupları tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davamlı olaraq həyata keçirilir. Qeyd edək ki, mobil qruplar Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğuun, DTX rayon İdarəsinin, SİƏD-lərin, Bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşlarından v’ könüllülərdən təşkil olunmuşdur.
Respublikada elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Nərimanov rayonunda yaradılmış mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqlar əsasında Nərimanov rayonu ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilmişdir.
Bu gün ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun 98 yaşı tamam olur. Bu münasibət ilə Nərimanov rayon gəncləri Əlikişi Cümşüdovu ziyarət etmiş, onu doğum günü və 2 iyul – Azərbaycan Polisi günü münasibəti ilə təbrik etmiş, xoş arzularını çatdırmışlar.
Yay mövsümünün cari ildə sərt istilərlə müşahidə olunduğunu nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıq zonalarına xidmət səviyyəsinin gücləndiriliməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) qərarı ilə RİH-in nəzdində “Yaşıllıq xidməti” yaradılmışdır. Məhz isti yaz-yay aylarında fəaliyyət göstərməsi nəzərdə tutulmuş xidmət 20 nəfərdən çox işçi heyəti və iritutumlu 4 (dörd) ədəd suvarma maşını ilə təmin olunmuşdur. “Dost İş Mərkəzi” tərəfindən əmək haqqı ayrılaraq işə götürülmüş şəxslər də müvafiq dislokasiya üzrə işlərin həyata keçirilməsinə cəlb olunmuşdur. Gündəlik təxminən 150 m3 həcmində su xüsusi maşınlarla daşınaraq, yaşıllığın qorunub-saxlanılmasına, yeni əkilmiş ağacların suvarılmasına sərf olunur.
Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib. Operativ Qərargah üzvləri sakinlərin sıx olduğu yerlərdə - bank və bankomatların önündə, metro giriş və çıxışlarında, ictimai-iaşə obektlərində, poçt xidməti şöbələrinin qarşısında, dayanacaqlarda və marşrut xətti üzrə işləyən avtobuslarda, həmçinin ictimai-iaşə obyektlərində kütləvi şəkildə təmənnasız tibbi maska, əlcək və maarifləndirici broşüralar paylamış, rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparaq onların sağlamlıqlarının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün zəruri tədbirləri izah etmişdir. Vətəndaşlara gigiyenik qaydalara riayət etmələrini, bu həssas zamanda hər kəsə diqqətli olmağı və tibbi maskadan istifadə etməklə onlara məsuliyyətli olmaq tövsiyə edilmiş və sosial məsafənin saxlanılmasının onların sağlamlığı üçün əhəmiyyət kəsb etdiyi barədə məlumat verilmişdir.
Öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən Respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən növbəti olaraq “Könüllü qonaq” aksiyasına start verilmişdir. Aksiyanın məqsədi karantin rejimi ilə əlaqədər tənha yaşayan yaşlı insanlara könüllülərin ziyarətini təşkil etmək, onlara tək olmadıqlarını hiss etdirmək, onlara sosial distansiya və davranış qaydalarını izah etmək, sağlamlıqlarının qorunması üçün maarifləndirmə işləri aparmaqdan ibarətdir.
Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində əhalinin hərəkətinin sıx olduğu ərazilərdə, metro çıxışlarında, dayanacaqlarda, ictimai nəqliyyatda tibbi maskalar paylamışlar.
Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Ramazan bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, rayon sakini olan Milli Qəhrəman ailələrinə, gözdən əlil və fiziki məhdudiyyətli digər şəxslərə, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə 300-dən artıq ərzaq məhsullarından ibarət sovqatlar verilib. Ərzaq yardımı Rayon İcra Hakimiyyətinin əməkdaşları və DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər tərəfindən paylanılıb. Ərzaq payı ilə bərabər sakinlərə ictimai yerlərdə istifadə üçün tibbi maskalar da verilmişdir. Görüş zamanı sakinlərə karantin rejimi qaydaları bir daha deyilmiş, sosial məsafə saxlamağın və fərdi gigiyena qaydalarının vacibliyi ətraflı izah edilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti” mövzusunda videokonfrans keçirilib. Konfransda Nərimanov Rayon İcra Hakimiyyətinin müavini (İ.Mahmudova) və əməkdaşları, ümümtəhsil və məktəbəqədər təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai təşkilatların sədrləri, gənclər və könüllülər iştirak ediblər. İradə xanım Mahmudova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Ramazan Bayramı və Respublika günü münasibəti ilə təbrik edib, Uca Tanrıdan edilən dualarını qəbul olunmasını arzulayıb.
"Bir-birimizi qoruyaq" aksiyası çərçivəsində əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Bir" Tələbə Könüllü programı, Formula 1 könüllüləri, ASAN könüllüləri və Gənc könüllüləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb.
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində parklara tətbiq edilən məhdudiyyətin ləğv olunması ilə əlaqədar koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonunda hər gün mütəmadi olaraq dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.
Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib.
Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması ilə bağlı tədbirlər davam etdirilir.
Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılaraq yad edilmişdir. Həştərxan Vilayəti Hökümətinin sədri A.Şarıkin, Həştərxan şəhəri Administrasiyasının rəhbəri M.Permyakova, İqtisadiyyat, təbii sərvətlər və nəqliyyat naziri D.Afanasev, Xarici Əlaqələr Agentliyinin rəhbəri V.Qalovkov, Azərbaycan Diasporasının rəhbərliyi və fəal üzvləri, Azərbaycan İş Mərkəzinin kollektivi, AMOR Həştərxan bölməsinin üzvləri Ulu Öndərin anadan olmasının 97-cı ildönümü münasibətilə abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılmışdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivləri də könüllü qoşularaq aksiyada fəal iştirak edblər. Aksiya iştirakçıları mayın 8-də B.Eyvazov adına Elmi-Tədqiqat Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.
Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə yumşaldıcı Tədbirlər Planının rayonda icra vəziyyəti ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu gün onlayn müşavirə keçirmişdir.
Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində Respublika əhalisinin maddi-rifah və məşğulluq vəziyyətinin aşağı düşməsinə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə bir çox tədbirlər görülməkdədir.
25 aprel 2020-ci il tarixdə Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Gənclər və İdman İdarəsinin fəal gəncləri Milli Qəhrəmanın heykəlinin önünə gül əkliyi qoyaraq xatirəsini yad ediblər. Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakı şəhərində anadan olub. O, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmiş, dəfələrlə düşmənin zirekli tanklarını və digər qüvvələrini məhv etmişdir.
Karantin rejiminin tətbiqi ilə əlaqədar sakinlərə dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb. Aksiyası çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən karantin rejimi dövründə MKİS-lərin də iştirakı ilə müəyyən edilən, evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı, tənha yaşayan, imkansız, ehtiyacı olan 2400 artıq ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti ərzaq yardımları paylanılıb.
Vətəndaşların nəzərinə!
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib.