Home Contact Phone
background

Xəbərlər

  • Təxribata layiqli cavab

    Təxribata layiqli cavab

    2020-09-28

    Bildiyiniz kimi Ermənistan ordusu növbəti hərbi təxribata əl ataraq 27 sentyabr 2020-ci ildə, səhər saat altı radələrində Qarabağın dinc əhalisinin arttileriyadan və digər ağır silahlardan atəşə tutmuşdur. Düşmənin xəyanətkar hərəkətləri nəticəsində dinc əhali arasında itgilərimiz var. Insanların mülkiyyətinə ciddi ziyan dəymişdir.

  • Həştərxan Dövlət Universitetində fəxri prof...

    Həştərxan Dövlət Universitetində fəxri professorların portretləri qalereyası açılıb

    2020-09-03

    Həştərxan Dövlət Universitetində (HDU) fəxri professorların portretləri qalereyası açılıb. Qalereyada Azərbaycan Prezidenti İlham Əliyevin portreti xüsusi yer tutur.

  • Nərimanov rayonunda abad həyət sakinlərin ixti...

    Nərimanov rayonunda abad həyət sakinlərin ixtiyarına verilmişdi

    2020-08-24

    Respublikamızın hər yerində, eləcə də, Bakı şəhərində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri çərçivəsində Nərimanov rayonu ərazisində də bu işlər uğurla davam etdirilir.

  • Nərimanov rayonunda koronavirus (COVİD-19) pande...

    Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir.

    2020-08-15

    15 avqust 2020-ci il tarixdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəailəyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur.

  • Birinci vitse-prezident Mehriban Əliyevanın tə...

    Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılmış qanvermə kampaniyasında Nərimanov rayon ictimaiyyəti növbəti dəfə iştirak etmişdir.

    2020-08-10

    Keçirilən qanvermə aksiyasında Nərimanov Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən cəlb olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

  • Möhtəşəm Xalq-Prezident tandemi

    Möhtəşəm Xalq-Prezident tandemi

    2020-07-20

    Məlum olduğu kimi 16 iyul 2020-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan videoiclas keçirilmişdir. Möhtərəm Prezident məlumat vermişdir ki, İyul ayının 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbələr endirmiş, bu gözlənilməz zərbələr nəticəsində bizim hərbçilərimiz şəhid olmuş və yaralanmışlar. Ermənistan tərəfi bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərmişdir. Halbuki bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz olmamışdır və ola da bilməzdi.

  • NƏRİMANOV RAYONUNDA REYDLƏR DAVAM ETDİRİLİR

    NƏRİMANOV RAYONUNDA REYDLƏR DAVAM ETDİRİLİR

    2020-07-16

    2 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda yeni növ koronavirus ( COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının yoxlanılması ilə bağlı reydlər keçirilməyə davam etdirilir.

  • Nərimanov rayonunda xüsusi karantin rejiminin t...

    Nərimanov rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə reydlər davam edir

    2020-07-10

    COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonu ərazisində yaradılmış 20 mobil işçi qrupları tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reydlər davamlı olaraq həyata keçirilir. Qeyd edək ki, mobil qruplar Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğuun, DTX rayon İdarəsinin, SİƏD-lərin, Bələdiyyənin, digər idarə və təşkilatların əməkdaşlarından v’ könüllülərdən təşkil olunmuşdur.

  • Nərimanov rayonunda növbəti reydlər keçirilmi...

    Nərimanov rayonunda növbəti reydlər keçirilmişdir.

    2020-07-07

    Respublikada elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət və əhalinin maarifləndirilməsi məqsədilə Nərimanov rayonunda yaradılmış mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.

  • Nərimanov rayonunda reyd keçirilmişdir.

    Nərimanov rayonunda reyd keçirilmişdir.

    2020-07-02

    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən Baş Nazir cənab Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqlar əsasında Nərimanov rayonu ərazisində koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə aidiyyəti strukturların əməkdaşlarından ibarət mobil işçi qruplar tərəfindən müvafiq dislokasiya bölgüsü əsasında reyd keçirilmişdir.

  • Ölkənin ən yaşlı polis veteranı Əlikişi C...

    Ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun doğum günü qeyd olunub

    2020-07-02

    Bu gün ölkənin ən yaşlı polis veteranı Əlikişi Cümşüdovun 98 yaşı tamam olur. Bu münasibət ilə Nərimanov rayon gəncləri Əlikişi Cümşüdovu ziyarət etmiş, onu doğum günü və 2 iyul – Azərbaycan Polisi günü münasibəti ilə təbrik etmiş, xoş arzularını çatdırmışlar.

  • Nərimanov rayonunda Yaşıllıq Xidməti yaradıl...

    Nərimanov rayonunda Yaşıllıq Xidməti yaradılmışdır.

    2020-06-25

    Yay mövsümünün cari ildə sərt istilərlə müşahidə olunduğunu nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıq zonalarına xidmət səviyyəsinin gücləndiriliməsi məqsədilə Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) qərarı ilə RİH-in nəzdində “Yaşıllıq xidməti” yaradılmışdır. Məhz isti yaz-yay aylarında fəaliyyət göstərməsi nəzərdə tutulmuş xidmət 20 nəfərdən çox işçi heyəti və iritutumlu 4 (dörd) ədəd suvarma maşını ilə təmin olunmuşdur. “Dost İş Mərkəzi” tərəfindən əmək haqqı ayrılaraq işə götürülmüş şəxslər də müvafiq dislokasiya üzrə işlərin həyata keçirilməsinə cəlb olunmuşdur. Gündəlik təxminən 150 m3 həcmində su xüsusi maşınlarla daşınaraq, yaşıllığın qorunub-saxlanılmasına, yeni əkilmiş ağacların suvarılmasına sərf olunur.

  • Koronavirusla mübarizə tədbirləri Nərimanov r...

    Koronavirusla mübarizə tədbirləri Nərimanov rayonunda davam etdirilir

    2020-06-17

    Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib. Operativ Qərargah üzvləri sakinlərin sıx olduğu yerlərdə - bank və bankomatların önündə, metro giriş və çıxışlarında, ictimai-iaşə obektlərində, poçt xidməti şöbələrinin qarşısında, dayanacaqlarda və marşrut xətti üzrə işləyən avtobuslarda, həmçinin ictimai-iaşə obyektlərində kütləvi şəkildə təmənnasız tibbi maska, əlcək və maarifləndirici broşüralar paylamış, rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparaq onların sağlamlıqlarının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün zəruri tədbirləri izah etmişdir. Vətəndaşlara gigiyenik qaydalara riayət etmələrini, bu həssas zamanda hər kəsə diqqətli olmağı və tibbi maskadan istifadə etməklə onlara məsuliyyətli olmaq tövsiyə edilmiş və sosial məsafənin saxlanılmasının onların sağlamlığı üçün əhəmiyyət kəsb etdiyi barədə məlumat verilmişdir.

  • “KÖNÜLLÜ QONAQ”  NƏRİMANOV RAYONUNDA

    “KÖNÜLLÜ QONAQ” NƏRİMANOV RAYONUNDA

    2020-06-16

    Öz fəaliyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən Respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib. Bu günədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən növbəti olaraq “Könüllü qonaq” aksiyasına start verilmişdir. Aksiyanın məqsədi karantin rejimi ilə əlaqədər tənha yaşayan yaşlı insanlara könüllülərin ziyarətini təşkil etmək, onlara tək olmadıqlarını hiss etdirmək, onlara sosial distansiya və davranış qaydalarını izah etmək, sağlamlıqlarının qorunması üçün maarifləndirmə işləri aparmaqdan ibarətdir.

  • Nərimanov rayonunda əhaliyə tibbi maskalar payl...

    Nərimanov rayonunda əhaliyə tibbi maskalar paylanmışdır

    2020-06-10

    Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində əhalinin hərəkətinin sıx olduğu ərazilərdə, metro çıxışlarında, dayanacaqlarda, ictimai nəqliyyatda tibbi maskalar paylamışlar.

  • Nərimanov rayonunda Ramazan bayramı münasibəti...

    Nərimanov rayonunda Ramazan bayramı münasibətilə ərzaq sovqatları paylanılıb

    2020-05-24

    Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Ramazan bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, rayon sakini olan Milli Qəhrəman ailələrinə, gözdən əlil və fiziki məhdudiyyətli digər şəxslərə, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə 300-dən artıq ərzaq məhsullarından ibarət sovqatlar verilib. Ərzaq yardımı Rayon İcra Hakimiyyətinin əməkdaşları və DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər tərəfindən paylanılıb. Ərzaq payı ilə bərabər sakinlərə ictimai yerlərdə istifadə üçün tibbi maskalar da verilmişdir. Görüş zamanı sakinlərə karantin rejimi qaydaları bir daha deyilmiş, sosial məsafə saxlamağın və fərdi gigiyena qaydalarının vacibliyi ətraflı izah edilmişdir.

  • “Azərbaycan Respublikası Prezidentinin uğurlu...

    “Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti”

    2020-05-23

    Nərimanov Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikası Prezidentinin uğurlu siyasəti” mövzusunda videokonfrans keçirilib. Konfransda Nərimanov Rayon İcra Hakimiyyətinin müavini (İ.Mahmudova) və əməkdaşları, ümümtəhsil və məktəbəqədər təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai təşkilatların sədrləri, gənclər və könüllülər iştirak ediblər. İradə xanım Mahmudova videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, Ramazan Bayramı və Respublika günü münasibəti ilə təbrik edib, Uca Tanrıdan edilən dualarını qəbul olunmasını arzulayıb.

  • Nərimanov  rayonunda əhaliyə pulsuz tibbi maska...

    Nərimanov rayonunda əhaliyə pulsuz tibbi maskalar paylanılır

    2020-05-23

    "Bir-birimizi qoruyaq" aksiyası çərçivəsində əhalinin qoruyucu tibbi maskalara olan ehtiyacını nəzərə alaraq Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Bir" Tələbə Könüllü programı, Formula 1 könüllüləri, ASAN könüllüləri və Gənc könüllüləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb.

  • Parkların dezinfeksiyası

    Parkların dezinfeksiyası

    2020-05-20

    Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində parklara tətbiq edilən məhdudiyyətin ləğv olunması ilə əlaqədar koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nərimanov rayonunda hər gün mütəmadi olaraq dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

  • Koronavirus pandemiyası ilə əlaqədar Nərimano...

    Koronavirus pandemiyası ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib

    2020-05-15

    Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib.

  • Nərimanov rayonunda koronavirusa qarşı mübariz...

    Nərimanov rayonunda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində aparılan işlər uğurla həyata keçirilir.

    2020-05-13

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə əlaqədar elan olunmuş xüsusi karantin rejimi dövründə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımlarının paylanması ilə bağlı tədbirlər davam etdirilir.

  • Ümummilli Lider Heydər Əliyevin xatirəsi Həş...

    Ümummilli Lider Heydər Əliyevin xatirəsi Həştərxanda anıldı

    2020-05-10

    Rusiya Federasiyasının Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılaraq yad edilmişdir. Həştərxan Vilayəti Hökümətinin sədri A.Şarıkin, Həştərxan şəhəri Administrasiyasının rəhbəri M.Permyakova, İqtisadiyyat, təbii sərvətlər və nəqliyyat naziri D.Afanasev, Xarici Əlaqələr Agentliyinin rəhbəri V.Qalovkov, Azərbaycan Diasporasının rəhbərliyi və fəal üzvləri, Azərbaycan İş Mərkəzinin kollektivi, AMOR Həştərxan bölməsinin üzvləri Ulu Öndərin anadan olmasının 97-cı ildönümü münasibətilə abidənin önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz və parlaq xatirəsini yad etmişlər. Həmçinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında onun əvəzsiz rolundan danışılmışdır.

  • Nərimanov rayonu da qanvermə aksiyasına qoşuld...

    Nərimanov rayonu da qanvermə aksiyasına qoşuldu

    2020-05-08

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsü ilə ölkəmizdə keçirilən könüllü qanvermə aksiyasına Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Aparatının və struktur sahələrinin kollektivləri də könüllü qoşularaq aksiyada fəal iştirak edblər. Aksiya iştirakçıları mayın 8-də B.Eyvazov adına Elmi-Tədqiqat Milli Hematologiya və Transfuziologiya Mərkəzində könüllü olaraq qan veriblər.

  • Nərimanov RİH-də növbəti onlayn-müşavirə k...

    Nərimanov RİH-də növbəti onlayn-müşavirə keçirilmişdir.

    2020-05-04

    Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə yumşaldıcı Tədbirlər Planının rayonda icra vəziyyəti ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bu gün onlayn müşavirə keçirmişdir.

  • Nərimanov rayonunda COVİD-19 qarşı mübarizə ...

    Nərimanov rayonunda COVİD-19 qarşı mübarizə və əhaliyə dəstək davam edir

    2020-05-01

    Koronavirus (Covid-19) infeksiyasının dünya üzrə elan olunmuş pandemiya dövrü ərzində Respublika əhalisinin maddi-rifah və məşğulluq vəziyyətinin aşağı düşməsinə yol verilməməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə bir çox tədbirlər görülməkdədir.

əvvəlki [3] növbəti