Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayon məktəbliləri arasında “Mini futbol” turniri keçirilib.

20 may 2016 | 16:00

16-20 may 2016-cı il tarixlərində Məktəb – Lisey Kompleksin futbol meydançasında Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon məktəblilərinin XXVIII spartakiadasının proqramına daxil olan mini futbol üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd məktəbliləri futbol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Yarışda rayonun 20 məktəb komandası tərkibində 200 nəfər məktəbli iştirak etmişdir. Yarışın nəticəсinə görə I yerə 212 saylı məktəbin, II yerə 207 saylı məktəbin, III yerə isə 82 saylı məktəbin komandaları layiq görülmüşlər. Yarışın qalib komandası məktəblilər arasında keçiriləcək spartakiadanın Bakı şəhəri üzrə final mərhələsinə vəsiqə qazanmışdır.
Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Keçidlər