Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

14 iyun 2016 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Gənclər Birliyi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin və nəhayət ziyalıların qatıldığı təbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətn - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.
A.Fərzəliyev qədirbilən  xalqımızın birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb etdiyini, bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu Öndər Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdaraq uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğrlayıb.
Natiq, Ümummilli Liderin hakimiyyətə yenidən qayıdışının xalqımıza itirilmiş inamını qaytardığını vurğulayıb, həmin dövrün Azərbaycanın ən şərəfli tarixi kimi yaddaşlarda əbədi olaraq qalacağına, Azərbaycan dövlətçiliyi, azərbaycançılıq fəlsəfəsi yaşadıqca xalqımızın xilaskarı, Ulu Öndərimiz Heydər Əliyevin də əsrlər boyu, min illər keçsə belə, Azərbaycan xalqının qəlbində əbədi yaşayacağına əminlik ifadə edib.
Ulu Öndərin tarixi qayıdışı ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun, iqtisadi islahatların, ölkənin gələcəyi üçün böyük  əhəmiyyəti olan neft strategiyasının təməlinin qoyulduğu, onun yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığı, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlərin görüldüyü diqqətə çatdırılaraq, qeyd edilib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, indi Azərbaycanın iqtisadi qüdrəti durmadan artır, ölkəmizdə ictimai-siyasi sabitlik, eyni zamanda, onun beynəlxalq aləmdəki mövqeləri möhkəmlənir, xalqımızın sosial vəziyyəti günbəgün yaxşılaşır.
Milli Məclisin deputatları Hikmət Məmmədov, Adil Əliyev və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin sürətlə inkişaf etdiyini, onun iqdisadi gücünün istər regionda, istərsə də bütün dünyada durmadan artdığını qeyd edib.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış olduğunu deyən natiqlər, Ulu öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi bazanın yaradıldığını nəzərə çatdırıblar.
Tədbirdə xalqını sonsuz məhəbbətlə sevən Ümummilli Liderimiz Heydər Əliyevin bütün həyatını, zəngin dövlətçilik, təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdiyi söylənilərək,  bu gün dahi rəhbərin ölməz ideyalarına sadiq olan dövlətimizin başçısının rəhbərliyi altında müstəqil Azərbaycanın daha da inkişaf edərək dünyanın ən güclü, qüdrətli dövlətləri sırasına çıxaraq, xalqımızın firavan, xoşbəxt gələcəyə və tezliklə böyük zəfərlərə doğru qürurla irəliləyəcəyinə inam ifadə olunub.
Sonda rayonun ictimai-siyasi, sosial-mədəni həyatında fəal xidmətləri ilə fərqlənən şəxslərə və tədbirdə Milli Qurtuluş gününə həsr olunmuş rəsmlər çəkən Nərimanov rayonunun gənc rəssamlarına Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim edilib.
  Bayram tədbiri tanınmış incəsənət ustalarının ifasında rəngarəng konsert proqramı ilə davam etdirilib.

Keçidlər