Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Pedaqoji Universitetində yerləşən Heydər Əliyev Muzeyində Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar tədbir keçirilib.

17 oktyabr 2016 | 16:00

Dövlət müstəqilliyinin 25 illiyi ilə əlaqədar 17 oktyabr 2016-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Muzeyində Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.
  Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru Asəf Zamanov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Universitetin müəllim heyəti və tələbələri iştirak etmişlər.
  Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru Asəf Zamanov qonaqları salamlamış və müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında, inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışmışdır.
  Sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova çıxış edərək bildirdi ki,  Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vəli Əliyev dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdırmış, Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini qeyd etmişdir.
  Sonda tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmiş, eksponatlar, foto və kitablarla tanış olmuşlar.

Keçidlər