Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ramazan Bayramı ilə əlaqədar yardımlar paylanıb

14 iyun 2018 | 16:00

Nərimanov rayonunda Ramazan Bayramı ilə əlaqədar yardımlar paylanıb.
14 iyun 2018-ci il tarixində Müsəlman dünyasının əziz bayramlarından biri olan müqəddəs Ramazan bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tədbir həyata keçirilib.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, İcra Hakimiyyəti başçının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Müqəddəs Ramazan Bayramı münasibətilə rayon sakinlərini təbrik edərək, onların əziz bayram günlərində dua və niyyətlərinin Ulu Tanrı dərgahında qəbul olunmasını arzu etmişlər.
Sonra, İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi veteranlarına, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, Qarabağ müharibəsi və Çernobıl qəzası əlillərinə, 20 yanvar əlillərinə və şəhid ailələrinə, rayonun ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərə, əlillərə və yardıma daha çox ehtiyacı olan şəxslərə ərzaq yardımı paylanılıb.
Rayon sakinləri onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər