Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

29 avqust 2018 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.

2018-ci il avqust  ayının 29-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri  üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü söyləyərək, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq, yenidənqurma və quruculuq işlərindən danışdı. O, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdi.
Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət etdilər. Müraciətlər əsasən məhəllədaxili yolların təmiri,  liftlərin dəyişdirilməsi və ya əsaslı təmir olunması,  mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər