Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda şəhid Arif Vəliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

12 fevral 2019 | 16:00

Nərimanov rayonunda şəhid Arif Vəliyevin xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

12 fevral 2019-cu il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhid Arif Vəliyevin anım mərasimi təşkil edilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısnın müavini İlqar Mirzəyev, şəhid Arif Vəliyevin anası Sona Vəliyeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Elşad Şabanov, 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova,  fəal tələbələr və şagirdlər iştirak etmişlər.
Anım tədbirində əvvəlcə doğma Vətən yolunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısnın müavini İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Nərimanov Rayon Veteranlar Təşkilatının sədri Elşad Şabanov, 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Nərimanov Rayon İdarəsinin rəis müavini Ramin Şükürov, Çağırış şöbəsinin baş zabiti Tofiq Mehdiyev, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri, Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantı Nicat Əlizadə bu qəbildən olan tədbirlərin Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş Vətən övladlarının ölməz  ruhuna olan dərin ehtiram kimi qiymətləndirərək onların qəhrəmanlıqla zəngin həyat və döyüş yolundan danışmış, bunun indiki gənclərə böyük bir örnək oduğunu, həmçinin keçmişimizin qəhrəmanlıq səhifələrinin Vətənimizin yeni müdafiəçilər nəslini ruhlandıran ən mühüm amil olduğunu xüsusi qeyd etmişlər.
Şəhid Arif Vəliyevin anası Sona Vəliyeva, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinə, eyni zamanda, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, eyni zamanda, dövlətimizin başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətinin torpaqlarımızın işğaldan azad edilməsinə yönəldiyini diqqətə çatdıraraq, Qarabağın tezliklə qaytarılacağına əminliklərini ifadə etmişlər.
Tədbirin sonunda 45, 177 və 193 saylı tam orta məktəblərin şagirdləri doğma Vətənə, torpağa, qəhrəmanlığa həsr olunmuş şeirlər ilə çıxış etmişlər.

Keçidlər