Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib

30 mart 2019 | 16:00

Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilmişdir.
7 aprel 2019-cu il tarixində Rayon  İcra Hakimiyyətinin rəhbərliyinin, Nərimanov rayonu təsərrüfat xidmətləri işçiləri, idarə, təşkilat, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, Bakı Metropoliteninin yeni təmir olunmuş Bakmil Stansiyasının yaxınlığında, 1300 kvadrat metr ərazidə, 500 ədəd iqlimə uyğun ağac əkilmişdir. Aksiyada 250 nəfər iştirak etmişdir.
Əkilən ağaclara qulluq məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətə alınmışdır.
Həmçinin qeyd edək ki, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının qərarı ilə 28.03.2019 – 28.04.2019-cu il tarixləri arasında “Təmizlik ayı” elan olunmuşdur. Təmizlik ayı çərçivəsində hər həftənin şənbə və bazar günləri iməcilik keçirilməsi qərara alınıb.

Keçidlər