Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda orta məktəb şagirdləri arasında referat müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.

15 aprel 2019 | 16:00

Nərimanov rayonunda "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda orta məktəb şagirdləri arasında referat müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.
15 aprel tarixində Nərimanov Rayon İcra Hakimiyyətində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda orta məktəb şagirdləri arasında referat müsabiqəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və həmin şöbənin məsləhətçisi Fərhad Əsgərov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri  Təmraz  Tağıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının  müavini İradə Mahmudova, Avrasiya Universitetinin tarixçıləri, təhsil işçiləri və şagirdlər iştirak etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova konfransı açıq elan edərək, qeyd etmişdir ki,  Ulu Öndərin gərgin əməyi, qətiyyəti və uzaq görən siyasəti sayəsində ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Bundan sonra Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək, bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin  və onun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycan gənclərini daim diqqət mərkəzində saxladığını və gənclərin potensialının reallaşdırılması üçün hər cür şərait yaradılmışdır.
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Heydər Əliyevin siyasi obrazının Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsi olduğunu bildirmişdir.
Qonaqlar ilk öncə müsabiqənin təqdim etdiyi beş mövzu üzrə məktəblilərin hazırladıqları referatlar ilə yaxından tanış olmuşlar. Tədbirdə layihənin məqsədi haqqında qonaqlara geniş məlumat verilərək, komissiya tərəfindən ümumilikdə məktəblilərin hazırladığı 70-dən çox elmi iş arasında  seçilən 19 ən yaxşı  referat  təqdim edilmişdir.
Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə, Fəxri Fərmanlar və müsabiqədə fəal iştirak edən məktəblilərə isə hədiyyələr  təqdim olunmuşdur.

Keçidlər