Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda “Aprel fədailəri” adlı tədbir keçirilib.

19 aprel 2019 | 16:00

Nərimanov rayonunda “Aprel fədailəri” adlı tədbir keçirilib.

19 aprel 2019-cu il tarixdə 45 saylı tam orta məktəbdə aprel döyüşlərinin şəhidlərinə həsr edilmiş “Aprel fədailəri” adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, Azərbaycan Republikası Silahlı Qüvvələri və Təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, müharibə veteranları və orta ümumtəhsil məktəblərin direktorları iştirak etmişlər.
Tədbirdə ilk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Republikası Silahlı Qüvvələri və Təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıblar.
Onlar, Silahlı Qüvvələrin təkmilləşdirilməsində və maddi-texniki bazasının möhkəmləndirilməsində , milli hərbi kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu və bu gün prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusunun bölgənin ən güclü ordusuna çevrildiyini qeyd ediblər.
2016-cı ilin aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlardan danışan natiqlər həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı ordumuzun böyük gücə malik olduğunu sübuta yetirdiyini vurğulayıblar.
Sonra 45 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik şeirlər və mahnılar ifa etdilər.
Tədbirin sonunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə turnirdə qalib gəlmiş komandalar müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.

Keçidlər