Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan nümayəndə heyətinin Həştərxana səfəri çərçivəsində bir sıra görüşlər baş tutub

18 sentyabr 2019 | 16:00

Azərbaycan nümayəndə heyətinin Həştərxana səfəri çərçivəsində bir sıra görüşlər baş tutub

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində  səfərdir. Səfər çərçivəsində bir sıra görüşlər və tədbirlər baş tutub.
İlk öncə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Mixail Zabelin və digər rəsmilərin daxil olduğu nümayəndə heyəti, diaspora nümayəndələri, AMOR-un Həştərxan bölməsinin üzvləri Ümummilli Lider Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində onun adını daşıyan parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, Ümummilli Lider xatirəsini dərin ehtiramla yad etmişlər.
Daha sonra Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinin yeni seçilmiş qubernatoru İqor Babuşkinin andiçmə mərasimində iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti həmçinin Ümummilli Liderin adını daşıyan, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rekonstruksiya olunmuş 11 saylı məktəbdə şagirdlərlə görüşmüşdür. Burada təhsil müəssisəsinin foyesində Azərbaycan xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri qoyulub. Görüşdə şagirdlərə yeni tədris ilində uğurlar arzulanmış və  ənənəvi olaraq məktəbə hədiyyələr təqdim olunmuşdur.
Sonra Azərbaycan nümayəndə heyəti 2018-ci ildə istifadəyə verilmiş Azərbaycan İş Mərkəzində olmuş, orada işləyən müxtəlif şirkətlərin fəaliyyətləri ilə tanış olaraqq Mərkəzə baxış keçirmişlər. Qeyd edək ki, İş Mərkəzində konfrans zalları, işgüzar görüş otaqları, sərgi zalı, mehmanxana və restoran fəaliyyət göstərir.

Keçidlər