Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə tədbir keçirilmişdir.

20 noyabr 2019 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
20 noyabr tarixində YAP Nərimanov rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə tədbir keçirilmişdir.
  Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrlərdəki xalqı düşünülmüş məhv olmaya sürükləyən siyasi proseslər, özbaşınalıqlar, hazırkı müxalifət liderlərinin öz şəxsi maraqları naminə ölkədə yaratdıqları vətəndaş qırğınları nəticəsində xalqın xilaskarı – Ulu Öndər Heydər Əliyevə üz tutaraq onu yenidən hakimiyyətə gətirilməsinin tarixi zərurətdən doğduğunu vurğuladı.
  Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Yeni Azərbaycanın təməl daşı olan Yeni Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu günədək qət etdiyi şərəfli yoldan, ötən 27 il ərzində qazanılan uğurlardan geniş bəhs edərək, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin rəhbərliyi altında bundan yüksək nailiyyətlərə imza atacağını qeyd etdilər.
  Sonra çıxış edən YAP Nərimanov rayon Gənclər Birliyinin sədr müavinləri Vüsal Əliyev, Günay İmanova, Tamerlan Əkbərov və Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov bildirdilər ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Heydər Əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Saflıq, saf mənəviyyat üzərində qurulmuş partiyanın öz ətrafında 750 mindən çox üzvü birləşdirməsi də bunun göstəricisidir.
  Sonda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olan gənclərə Partiya vəsiqələri təqdim olundu.

Keçidlər