Şriftin ölçüsü :

Saytın rəngi :

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilmişdir.

06 dekabr 2019 | 16:00

Mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilmişdir.
Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ədəd ağacın əkilməsi təşəbbüsünə Nərimanov rayonu da böyük fəallıqla qoşulmuş, yüksək bayram əhval ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilmişdir. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulmuş və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol oynamışdır. Bu gün bütün ölkə ərazisində olduğu kimi, bəşəri dəyərlər şairi İmadəddin Nəsiminin 650 illik yubilleyi çərçivəsində  Nərimanov rayonunda həyata keçirilən silsilə tədbirlərdən biri kimi, rayonun müxtəlif yerlərində yerləşən parklarda, bağlarda, o cümlədən A.M.Cümə küçəsində, 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası böyük bayram coşqusu ilə keçirilmişdir. Nərimanov  rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, rayon ictimaiyyətinin,  sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu, ümumilikdə 800 nəfərədək adamın iştirak etdiyi genişmiqyaslı ağacəkmə kompaniyasında  2500-dək müxtəlif növ həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilmiş, ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilmiş, minlərlə ağaclar budanmış, dibləri yumşaldılmışdir. Yuxarıda qeyd olunan yaşıllıq zolağı ərazisində səhnə quraşdırılmış,  incəsənət ustalarının ifasında Nəsiminin qəzəllərindən ibarət musiqilər, muğamlar səsləndirilmiş, şairin həyat və yaradığılığından bəhs edən səhnələr ifa edilmişdir.
Qeyd edək ki, mütəfəkkir şair İmadəddin Nəsimininin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, onun xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.

Keçidlər