Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət satınalmaları

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.6.-cı bəndində nəzərdə tutulan  (Büdcə təşkilatları tərəfindən dövlət satınalmaları ilə bağlı məlumatların internet səhifələrində yerləşdirilməsi) tədbirin icrası ilə əlaqədar bildiririk ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Nərimanov Rayon İcra Hakimiyyəti rayon ərazisində yerləşən 10 (on) ədəd çoxmərtəbəli binaların təmiri işlərinin satınalınması üzrə açıq tender elan etmişdir. 
Bununla əlaqədar, Rayon İcra Hakimiyyəti başçısının 443 nömrəli, 28.12.2016-cı il tarixli qərarı ilə Tender Komissiyası  yaradılmış və “Azərbaycan” qəzetinin 8 nömrəli, 14.01.2017-ci il tarixli nəşrində tender haqqında elan dərc edilmişdir.
27.01.2017-ci il tarixdə tender zərflərinin açılışı olmuş, təkliflərin müqayisəsi və qiymətləndirilməsi nəticəsində tenderdə iştirak etmiş 3 (üç) malgöndərən (podratçı) şirkətdən “ARAZ-2011A” MMC tenderin qalibi olmuşdur.
   Tenderin nəticələri haqqında Tender Komissiyasının 01 nömrəli, 27.01.2017-ci il tarixli yekun protokolu tərtib edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi surətdə təqdim edilmişdir.

Keçidlər