Azərbaycan Respublikası
Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti başçısının
SƏRƏNCAMI
№ 170 09.09.2020-ci il
Nərimanov Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuraya seçkinin təşkili məqsədi ilə
Komissiyanın yaradılması haqqında
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanunun 6.1-ci maaddəsinin icrası ilə əlaqədar hazırlanmış “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli 10 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamənin 2.3-cü və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılsın.
2. Seçki komissiyasının tərkibi yerli icra hakimiyyəti və yerli özünüidarərtmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 5 üzv olmaqla aşağıdakı kimi təsdiq edilsin:
Komissiyanın sədri:
İradə Mahmudova - RİH başçısının müavini
Komissiyanın üzvləri:
Yusif Sadıqov - RİH başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünü idarə orqanları ilə iş şöbəsinin müdiri
Firdovsi Calalov - RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri
Əli Həsənov - RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin müdiri
Təmraz Tağıyev - Nərimanov Bələdiyyəsinin sədri
Bəsrət Quliyev - “Bakı Taxıl” ASCnin sədri
Qurban Osmanov - “Vətən Müharibəsi Veteranları Birliyi”nin Nərimanov rayon şöbəsinin sədri
Sabir Məlikov - Azərbaycan Uşaq Fondunun Nərimanov rayon şöbəsinin sədr müavini
Nəzrin Məmmədova - Bakı İdarəetmə və Texnologiya Kollecinin Gənclər Təşkilatının üzvü
3. Nərimanov RİH yanında İctimai Şuranın tərkibi 11 nəfər müəyyən edilsin.
4. Seçki komissiyasına tapşırılsın:
4.1. RİH-in rəsmi internet səhifəsində İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar olaraq namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtını elan etsin;
4.2. RİH yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatını “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2.9-cu maddəsinə uyğun olaraq, 21 gün müddətinə başa çatdırsın və seçkilərin “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsin.
5. Sərəncamın sürətlərini aidiyyəti üzrə çatdırılması RİH başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılsın.
Abdin Fərzəliyev