Şriftin ölçüsü :

Saytın rəngi :

Deputatlar

1.  Musabəyov Rasim Nəsrəddin oğlu (18 saylı Nərimanov - Nizami seçki dairəsi)

Partiya mənsubiyyəti: bitərəf

Musabəyov Rasim Nəsrəddin oğlu (1 yanvar 1951, Bakı) — politoloq, millət vəkili.

Rasim Musabəyov 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) avtomatlaşdırma fakültəsinə daxil olmuşdur. 1972-ci ildə həmin institutun komsomol komitəsinin katibi seçilmişdir. 1974-cü ildə Azərbaycan komsomolu MK-nin tələbə şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 1976-cı ildən 1982-ci ilə qədər Moskvada ÜLKGİ MK-nin aparatında işləmişdir. 1982-1985 illərdə Moskvada aspiranturada oxumuş və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1985-1989-cu illərdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Moskvada Gənclər İnstitutunun (indiki Sosial-humanitar Akademiyasının) millətlərarası münasibətlər şöbəsinin müdiri olmuşdur. 1989-cu ildə Azərbaycana qayıtmışdır. Əvvəlcə Bakı Ali Partiya məktəbində sosiologiya laboratoriyasına rəhbərlik etmiş, 1990 - 1991-ci illərdə isə Kommunist partiyası Bakı Komitəsinin ideoloji şöbəsinin müdiri işləmişdir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Prezident aparatında millətlərarası münasibətlər üzrə Müşavir işləmişdir. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclis aparatında Müşavir işləmişdir. 1994-1999-cu illərdə Bakı Politologiya İnstitutunda dosent vəzifəsində işləmişdir.

Hazırda müstəqil analitikdir.

Azərbaycan, ABŞ, Böyük Britaniya, Kanada, İsveç, Almaniya, Rusiya, Türkiyə, Çin, Gürcüstan, Ermənistanda və s. çap olunmuş 150-dən çox kitab, kitabça və elmi məqalələrin müəllifidir.

"Əmək rəşadətinə görə" medal ilə (1972) təltif olunmuşdur.

1990-1995-ci illərdə Bakı Şəhər Sovetinin deputatı olmuşdur.

1995-2005-ci illərdə "Müsavat" partiyası Ali rəhbərliyinin tərkibində olmuşdur.

2005-2008-ci illərdə Azərbaycan Mətbuat Şurasının üzvü olunmuşdur.

2006-2010 cı illərdə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun İdarə Heyətinin üzvü olmuşdur.

2010-cu ildə millət vəkili seçilmişdir.

Evlidir, bir qızı var.

2.  Məmmədov Hikmət Baba oğlu (19 saylı Nərimanov birinci seçki dairəsi)

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini

Hikmət Baba oğlu Məmmədov (1966) — "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, (1993-cü il).

Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub.

1993-1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb.

1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib.

1998-2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

2001-ci ildə ANS televiziyası tərəfindən ilin “Mətbuat Xidmətinin rəhbəri” seçilib.

2005-ci ildə “Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili” mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.

2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” Media mükafatına layiq görülüb.

2010-cu il 21 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə «Əməkdar Jurnalist» adına layiq görülüb.

2012-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən H.Zərdabi adına «Ali Media» mükafatına layiq görülüb.

2013-cü ildə «Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və Sosiologiya kafedrasının professorudur.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzində DİA-nın rektoru tərəfindən yaradılmış Elmi Seminarın sədri olub.

2018-ci ildən hal-hazıradək Ali Attestasiya Komissiyası yanında tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür.

2018-ci il martın 10-da keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib.

12 noyabr 2018-ci il tarixdə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, 07 mart 2019-cu il tarixdə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı, 27 may 2019-cu il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təltif edilib.

Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətində buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş gümüş pul sikkəsilə mükafatlandırılıb.

70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 4 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyyənin yüzlərlə elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir.

Hazırda 20-ə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edir.

Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə onlarla doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub.

Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.

Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu ilə bağlı elmi tədqiqatlarını davam etdirir.

6 müəlliflik şəhadətnaməsi var (Azərbaycan Respubliksı Müəllif Hüquqları Agentliyi tərəfindən verilib).

20-yə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan Respublikasını təmsil edib.

Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

2008-ci ildən hal-hazıradək "Yeni Azərbaycan" qəzetinin baş redaktorudur.

1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib.

Ailəlidir, üç övladı var.

3. Əliyev Adil Abış oğlu (20 saylı Nərimanov ikinci seçki dairəsi)

Partiya mənsubiyyəti: bitərəf

Gənclər və idman komitəsinin sədri

Adil Abış oğlu Əliyev (25 sentyabr 1969, Maxta, Naxçıvan MSSR) — Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020).

Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 1992-ci ildən İdman Ustasıdır. 1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M.V.Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrində zabit kimi xidmət edib.

1994-2003-cü illərdə Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə — Bakı şəhəri Səbail rayon 39-cu polis bölməsində rəis müavini, Nəqliyyatda Baş Polis İdarəsinin Bərə keçid bölməsinin rəisi, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin rəisi, Yasamal rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi işləyib. 1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. 2003-cü ildə polis polkovnik-leytenantı rütbəsinə layiq görülüb. 2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını bitirib.
2003-2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı bölməsinin rəisi işləyib.
2009-cu ildə MDB Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavini işləyib. 2009-cu ildə Kikboksinq üzrə veteranlar arası Dünya Çempionu olub. 20 saylı Nərimanov II seçki dairəsindən 2005-ci ildə III çağırış, 2010-cu ildə IV çağırış və 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri daimi komissiyasının üzvü, Azərbaycan-Hollandiya parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna, Azərbaycan-Almaniya və Azərbaycan-Türkiyə parlamentlər arası əlaqələr üzrə İşçi qrupunun üzvü olub.
2010-cu ildə BDU-nun aspiranturasını bitirib. 2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən azərbaycan və rus dilinə tərcuməsinin ideya müəllifi olmuşdur. Kitabda uydurma erməni soyqırımı tarixi faktlarla ifşa olunur, qonşularımızın Azərbaycan və Türk xalqlarına qarşı apardığı terrorçu siyasətdən bəhs edilir.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Sədr müavini seçilmişdir[2].
10 mart 2020-ci ildə Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin sədri seçilmişdir[3]
Ailəsi
Ailəlidir, üç övladı var.

Keçidlər