İşaxtaranların nəzərinə!
20 fevral 2025 | 15:57
Bakı Regional Məşğulluq filialı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, “Excelsior Baku” otelində (Nərimanov rayonu, Heydər Əliyev prospekti 2) 25 fevral 2025-ci il tarixdə, saat 11:00-dan 13:00-dək 30 müəssisənin iştirakı ilə 300 vakansiya üzrə işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə "Əmək yarmarkası" keçiriləcəkdir.
Qeyd: “Əmək Yarmarka”sına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.