1 iyun 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Zərifə Əliyeva adına uşaq bağçasında Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bu gün ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sağlam böyüməsi və inkişafı üçün yaradılmış şəraitdən söhbət açıb. Bildirilib ki, uşaqların sosial təminatının gücləndirilməsi, onların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır, irəli sürülən çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır.
Digər natiqlərin çıxışlarında ölkəmizdə uşaq hüquqlarının təmin olunması və qorunmasının işıqlı, parlaq və ümidverici gələcəyimizin qarantı olduğu bildirilmişdir.
Tədbirin bədii hissəsində bağçanın uşaq yaradıcılıq qruplarının təqdim etdikləri şeirlər, mahnılar,rəqslər və səhnəciklər tədbir ştirakçılarında xoş əhval ruhiyyə yaradıb.