Şriftin ölçüsü :

Saytın rəngi :

10 may 2023-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Çinar Plaza Biznes Mərkəzində fotosərgi təşkil olunub.

10 may 2023 | 18:11

Tədbir iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin həyatının, siyasi fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən fotosərgi ilə tanış olublar.

Eyni zamanda, qonaqlara Heydər Əliyevin dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri, Azərbaycanın ən taleyüklü məqamlarında göstərdiyi siyasi müdrikliyi, müasir müstəqil Azərbaycanın quruculuğu yolunda həyata keçirdiyi nəhəng işlər barədə fotoların müşayiəti ilə geniş və əhatəli məlumat verilib.

Keçidlər