Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib
16 yanvar 2020-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Natiq Babayev yığıncaqda hesabatla çıxış edərək qeyd etmişdir ki, nümayəndəliyin ərazisi - 12,25 kv.km, əhalisi 31917 - nəfər, ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatların sayı isə 9524-dür.
Nümayəndəlikdə sənədləşdirmə və karküzarlıq işləri ”AR-nın rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçıları aparatlarında sənədlərlə iş barədə Təlimat”a uyğun olaraq aparılır. Nümayəndəlikdə vətəndaşların qəbulu müəyyən olunmuş qrafik əsasında həyata keçirilir, lakin imtiyazlı şəxslər, şəhid ailələri və müharibə iştirakçıları növbədənkənar qəbul edilirlər. Onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılmasına qayğı və həssaslıqla yanaşılması tələb olunur.
2017-ci ildə nümayəndəliyə RİHB aparatından 6 məktub, 11 sərəncam, idarə və müəssisələrdən 12 məktub, vətəndaşlar tərəfindən 21 şifahi müraciət və 1643 nömrəli Qaynar Xəttindən 7 zəng daxil olmuşdur. Daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuş və rayon İcra hakimiyyəti başçısının sərəncam və əmrləri vaxtlı-vaxtında icra edilmişdir. Ötən ildə nümayəndənin qəbulunda 53 nəfər olmuş və qəbula gələn vətəndaşların müraciətləri əsasən obyekt və qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması, çoxmənzilli yaşayış binalarında eyvanın artırılması, maddi köməklik edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, bəzi bina və mənzillərin istiliklə təmin edilməməsi və digər məsələrlə bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti səlahiyyətlər çərçivəsində öz həllini tapmış, bəzi müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilmiş və müəyyən köməkliklər göstərilmişdir. Qaynar Xəttdən daxil olan müraciətlər tərəfimizdən ciddi nəzarətə götürülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi geniş və çoxşaxəli siyasi kursunun yerlərdə təbliği ilə bağlı məqsədəyönlü ictimai-siyasi tədbirlər həyata keçirilmişdir. Belə ki, AR-nin Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı fikirlərinin operativ qaydada əhaliyə çatdırılması ilə əlaqədar rayonun idarə və müəssisə rəhbərləri, ziyalı və ağsaqqalarından ibarət təbliğat qrupu ərazinin müxtəlif idarə, müəssisə və təşkilatlarında, əhalinin mədəni-kütləvi tədbirlər otağında sakinlərin iştirakı ilə Nərimanov rayon İH başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş qrafikə uyğun olaraq görüşlər keçirilmişdir. Keçirilmiş 13 görüşdə 982 nəfər iştirak etmişdir.
Yığıncaqda daha sonra çıxış edən sakinlər, ərazidə yerləşən təşkilatların nümayəndələri hesabatla bağlı təklif və fikirlərini bildirmiş, onları narahat edən mövzular ətrafında müzakirələr aparılıb.