Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd edilib.

17 yanvar 2020 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd edilib.
17 yanvar 2020-ci il tarixində Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin otuzuncu  ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Öncə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov, Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova, rayon ictimaiyyəti, rayonda yaşayan 20 Yanvar şəhid ailələri və əlilləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışaraq, 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz, eyni zamanda xalqımızın yaddaşına silinməz faciə kimi yazılmış bu qanlı hadisənin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Keçmiş SSRİ-nin sonuncu rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik və düşmənçilik siyasətindən bəhs edən Ş.İbadov, faciənin törədilməsində əsas məqsədin işğalçı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarının gerçəkləşməsinə münbit hərbi şərait yaratmaq olduğunu bildirərək, baş vermiş qanlı olaylardan dərhal sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının mühüm əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi şəhidlərinin ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz millətinin hüquqlarını müdafiə etməyi bacardı. Ulu öndərin siyasi kursunu bu gün layiqincə davam etdirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır və bu, gələcəkdə də davam etdiriləcəkdir.
Şəhid ailələri və əlillər adından çıxış edənlər bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tərəfindən verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb, şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər