Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

23 yanvar 2020 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilib.

23 yanvar 2020-ci il tarixində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin fəaliyyəti haqqında hesabat yığıncağı keçirilib.
Yığıncaqda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin rəhbərliyi, əməkdaşları və sakinlər iştirak etmişlər.
Paytaxtımızın sürətlə inkişaf edən rayonlarından olan Nərimanov rayonunun 4,9 kv.km-dən ibarət olan  2 nömrəli sahə inzibati ərazisi dairəsində  hal-hazırda 75151 nəfər əhali yaşayır və yaşayış evləri, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə ev təsərrüfatlarının sayı 20124-dür. 
2019-cu ildə nümayəndəliyə  RİHB aparatından  8 məktub, 17 sərəncam və əmr, idarə və müəssisələrdən 8 məktub, vətəndaşlar tərəfindən 97 şifahi müraciət və Qaynar Xəttdən 48 zəng daxil olmuşdur. Daxil olan ərizə, şikayət və məktubların icrasına ciddi nəzarət olunmuş və rayon İcra Hakimiyyəti Başçısının sərəncam və əmrləri vaxtlı vaxtında icra edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi geniş və coxsahəli siyasi kursun yerlərdə  təbliği ilə bağlı məqsədyönlü ictimai siyasi tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində ölkənin ictimai siyasi həyatında baş verən hadisələrlə bağlı, fikirlərinin operativ qaydada əhaliyə çatdırılması ilə əlaqədar rayonun idarə və müəssisə rəhbərləri, ziyalı və ağsaqqallarından ibarət təbliğat qrupu ərazinin müxtəlif idarə, müəssisə və təşkilatlarında, əhalinin mədəni kütləvi tədbirlər otağında sakinlərin iştirakı ilə Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş qrafikə uyğun olaraq görüşlər keçirilmişdir. Keçirilmiş 18 görüşdə 1302 nəfər iştirak etmişdir.
Ötən ildə  nümayəndəliyin ərazisində rayon İcra Hakimiyyəti Başçısının  15 səyyar görüş və qəbulları keçirilmişdir. Keçirilmiş səyyar görüş və qəbullar zamanı  1363  nəfər iştirak etmiş və  127 müraciət olmuşdur.
Daha sonra yığıncaqda çıxış edən sakinlər hesabatla bağlı təklif və fikirlərini bildirmiş, müzakirələr aparılmışdır.

Keçidlər