Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir

07 fevral 2020 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə RİH-nin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, RİH başçısının Sahə inzibati ərazi dairələri  üzrə nümayəndələri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
  Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.
  Sonda qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Rayon İcra Hakimiyyəti başçısının mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Keçidlər