Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunun sosial-iqtisadi sahədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.

18 fevral 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə irəli sürülmüş vəzifələrlə bağlı Nərimanov rayonunun sosial-iqtisadi sahədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.

18 fevral 2020-ci il tarixdə Nərimanov rayonunun sosial-iqtisadi sahədə 2019-cu ilin yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib.
Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari ilin yanvar ayının 13-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
A.Fərzəliyev ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına, layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verdiyini, respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində görülən işlərin hazırda Nərimanov rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Hesabat məruzəsində hesabat dövrü ərzində rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb edilməsi, ilk növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş, rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi,  qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərardan irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyi bildirilib. Belə ki, rayon ərazisində hazırda Pilot layihə çərçivəsində 27 ünvanda çoxmənzilli bina tikintisi işləri həyata keçirildiyi və 10 digər ünvanda isə bu prosesin sənədləşdirmə mərhələsində olduğu və 2019-cu ildə artıq 5 ünvanda tikinti işlərinin başa çatdırılaraq tam təmirli  mənzillərin sakinlərin istifadəsinə verildiyi nəzərə çatdırılıb.
Ölkə xaricində həyata keçirilən geniş layihələrə toxunularaq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2018-ci ilin may ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Həştərxan vilayətində Azərbaycan İş Mərkəzinin təntənəli açılışı mərasiminin olduğu, həmçinin 2017-ci ilin dekabr ayında qarşılıqlı olaraq Azərbaycan Biznes Mərkəzinin layihəsi əsasında Nərimanov rayonu ərazisində Həştərxan İş Mərkəzinin hazırda inşasının son tamamlama işlərinin həyata keçirildiyi, eyni zamanda Azərbaycan İş Mərkəzinin nəzdində inşası nəzərdə tutulan Azərbaycan Çay və Şərab Evlərinin binaları üçün torpaq sahəsinin ayrılması ilə bağlı Həştərxan vilayətinin rəhbərliyi ilə danışıqlar aparıldığı qeyd edilib, bu layihələrin reallaşmasının respublikamızda istehsal olunan məhsulların Rusiya ərazisində yayılmasının təşkili üçün geniş imkanlar açacağına və bunun da nəticə etibarı ilə ölkəmizin ixrac potensialının artırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, eləcə də sahibkarlığın, qeyri-neft sektorunun və ümumilikdə ölkə iqtisadiyyatının inkişafına səmərəli töhfə verəcəyi xüsusi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən əhalinin məşğulluğunun artırılması məqsədilə yaradılmış "DOST İş Mərkəzi" MMC tərəfindən Nərimanov rayonunda abadlıq, təmizlik və yaşıllaşdırma işlərinin həyata keçirilməsi üçün 830 nəfərlik müvəqqəti iş yerlərinin yaradıldığı, onların Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamına verilərək rayonda aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərinə cəlb olunduğu, bütün bunların ölkə prezidentinin əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirdiyi mühüm tədbirlərdən biri olduğu vurğulanıb.
Ölkə və şəhər rəhbərliyinin tapşırığına əsasən, ilk olaraq Nərimanov rayonu ərazisində Pilot layihə əsasında tullantıların daşınaraq zərərsizləşdirilməsi prosesinin həyata keçirildiyi bildirilərək, Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkətinin hazırladığı konsepsiyaya uyğun olaraq rayon ərazisində 300 konteyner meydançasının rayon rəhbərliyinin böyük dəstəyi nəticəsində müasir üslubda yenidən qurulduğu, 350 konteyner meydançasında 1711 ədəd 1 m3 həcmli yaşıl və narıncı rəngdə plasmas materialından konteynerlər yerləşdirildiyi, (Bu konteynerlərdən 460 ədəd narıncı rəngdə plasmas materialından konteynerlər təkrar emala olunacaq tullantı materiallarının qablaşdırılmasını təmin edir.) və nəticə etibarı ilə, hazırda təkrar emal olunacaq tullantı materiallarının həcmində dinamik artım (20-25 ton) müşahidə olunduğu diqqətə çatdırılıb.
  Eyni zamanda, hesabat dövrü ərzində rayon rəhbərliyi tərəfindən 4265 nəfər vətəndaşın iştirak ilə keçirilmiş 49 səyyar görüş və qəbullar zamanı edilən 386 nəfərin müraciətinin dinlənilərək həll edilməsi istiqamətində müvafiq işlərin həyata keçirildiyi, icrası zaman tələb edən məsələlərin nəzarətə götürüldüyü, həmçinin, Qaynar xətt-“1643” xidmətinə 355 müraciətin daxil olduğu, onlardan əksəriyyətinin tam həll olunaraq, digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verildiyi qeyd edilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev çıxış edərək dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində həyata keçirilən köklü islahatlardan, regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində əldə olunan nailiyyətlərdən danışıb və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Vətəndaş məmnunluğunun təmin olunmasının hər bir dövlət məmurunun qarşısında duran ən ümdə vəzifələrdən biri olduğunu deyən T.Tağıyev, vətəndaşlarımızın müraciətlərinin, onların bu və ya digər problemlərinin həllinə həssaslıqla yanaşılmasının vacibliyini xüsusi vurğulayıb.
Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsinin müdiri Məzahir Vəliyev, 193 nömrəli tam orta məktəbin direktoru Rəhim Hüseynov, Nərimanov Bələdiyyəsinin üzvü Tamerlan Əkbərov çıxışlarında müvafiq sahələrdə görülən işlər barədə məlumat veriblər. Onlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizin yüksək sosial-iqtisadi inkişafa nail olduğunu, dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri dilə gətirərək, sosial-iqtisadi islahatlardan sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoyduğunu söyləyib və hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Sonra dövlət başçısının müvafiq Sərəncamı ilə ötən il “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə təltif olunmuş Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Miri Bilal oğlu Həsənova həmin ali mükafat təqdim edilib.
Daha sonra rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fəal iştirakına və xidmətlərinə görə fərqlənən şəxslər Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nərimanov rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə görülən işlərin uğurla davam etdirildiyini vurğulayaraq, 2020-ci il üçün nəzərdə tutulmuş bütün tədbir, tapşırıq və göstərişlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə edib.

Keçidlər