Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir
Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir
Ölkə ərazisində koronovirusa qarşı aparılan mübarizə Nazirlər Kabinetində yaradılan Operativ Qərargahın göstərişlərinə uyğun olaraq epidemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu proseslərin bir hissəsi olaraq Nərimanov rayonunda Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvlərindən ibarət 10 qrup müxtəlif iaşə obyektlərində müəyyən olunmuş qaydalara riayət olunma səviyyəsini mütəmadi yoxlayır, əhali arasında məlumatlandırma-təbliğat işlərini icra edirlər və gün ərzində bir neçə dəfə yoxlama həyata keçirirlər.
Nərimanov rayonunda yerləşən yaşayış binalarında koronovirusla mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir.
Rayon İcra Hakimiyyəti, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Rayon Epidemiologiya Mərkəzinin birgə həyata keçirdiyi tədbirlər çərçivəsində binaların girişləri, pilləkən qəfəsləri, liftləri, həyətləri təsirli kimyəvi vasitələrlə dezinfeksiya olunur.
Proses bütün rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.
Eyni zamanda əhali arasında təbliğat prosesi davam etdirilir. Virusa yoluxmanın qarşısının alınması məqsədilə Operativ Qərargah tərəfindən müəyyən edilmiş tövsiyələr barədə vətəndaşlara bir daha məlumat verilərək, lazımi izahatlar verilir.