Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın göstərişlərinə uyğun olaraq koronavirusa qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də icra olunur.
Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun mərkəzi küçələri ilə yanaşı aztəminatlı ailələrin yaşadığı Daş Karxanası, Çermet və Xutor adlanan yaşayış yerlərində xüsusilə intensiv şəkildə dezinfeksiya və maarifləndirmə-təbliğat işləri aparılır.
Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar vətəndaşların, xüsusilə də yaşı 65-dən artıq olan sakinlərin ciddi ehtiyac olmadıqca evdən çıxmamaları ilə bağlı məlumatlandırırlar.
Həmçinin Operativ Qərargahın qrupları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nərimanov Rayon Sosial Müdafiə Fondu ilə birlikdə müəyyən edilmiş yaşlı və ehtiyacı olan vətəndaşlara lazımi yardımların göstərilməsi istiqamətində işlər icra olunur.
Bütün bu tədbirlər, təbliğat, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində bir neçə dəfə olmaqla həyata keçirilir.