Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!

31 mart 2020 | 16:00

Nərimanov Rayon İcra Hakimiyyəti: Siz evdə qalın, biz sizə gələrik!

Bütün Respublika ərazisində olduğu kimi Nərimanov rayonunda da koronovirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində rayon ərazisində Operativ Qərargahın qərarlarının, ciddi karantin rejiminin icra olunması ilə bağlı dezinfeksiya, maarifləndirmə-təbliğat və sosial izolyasiya işləri davam etdirilir.
Virusla mübarizə tədbirləri üç əsas istiqamətdə aparılır:
1) Bütün rayon ərazisində küçələr, binalar, pilləkan qəfəsləri, fəaliyyətinə icazə verilmiş iaşə obyektlərinin ətrafı təlimat və tələblərə uyğun intervallarla təmizlənir və tam dezinfeksiya olunur. Belə ki, açıq ərazilər, yaşayış, qeyri-yaşayış binaları, fəaliyyətinə icazə verilmiş obyektlər, bankomatlar, ödəniş terminalları və s. obyektlər hər gün təmizlənir və müəyyən edilmiş intervallarla dezinfeksiyaedici maddələrlə təmizlənir.
2) əhali arasında maarifləndirmə-təbliğat işləri aparılır, virusla mübarizədə gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti, Operativ Qərargahın göstərişlərinin vacibliyi izah olunur;
3) pandemiya ilə mübarizədə ən effektiv yol olan sosial izolyasiya barədə məlumat vətəndaşlara verilir. Evdə qalmağın, digər insanlarla minimum kontakt, sosial izolyasiyanın virusla mübarizədə vacibliyi izah olunur.
Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi yaşlı, dövlətçiliyimiz inkişafında əvəzsiz rolu olan vətəndaşlara, Böyük Vətən Müharibəsi veteranlarına diqqət-qayğı göstərir, onlara ərzaq yardımlarının göstərilməsi prosesində aktiv iştirak edirlər.
Rayon İcra Hakimiyyətinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yardıma ehtiyacı olan yaşlı vətəndaşlara, şəhid ailələrinə, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlara lazımi yardımların göstərilməsi istiqamətində fəaliyyət göstərirlər.
Bütün bu tədbirlər, təbliğat, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində bir neçə dəfə olmaqla həyata keçirilir.

Keçidlər