Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
Nərimanov rayonunda koronovirusla mübarizə çərçivəsində tədbirlər davam etdirilir
Azərbaycan Respublikası Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın göstərişlərinə uyğun olaraq koronavirusa (COVİD-19) qarşı mübarizə tədbirləri Nərimanov rayonu ərazisində də icra olunur.
Genişmiqyaslı tədbirlərin bir hissəsi olaraq Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə birgə rayonun küçələri, səkiləri, ödəmə terminalları və bankomatları, yaşayış binalarının həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlərində xüsusilə intensiv şəkildə dezinfeksiya işləri aparılır.
Rayon İcra Hakimiyyətində yaradılmış Operativ Qərargahın üzvlərindən ibarət qruplar tərəfindən müəyyən edilmiş yaşlı və ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə, tənhalara lazımi yardımların göstərilməsi istiqamətində işlər icra olunur və ərzaq yardımları göstərilir.
Bütün bu tədbirlər, dezinfeksiya və yardımların göstərilməsi gün ərzində həyata keçirilir.
Nərimanov Rayon İcra Hakimiyyəti rayon sakinlərindən karantin rejiminə riayət etmələrini və yaranmış çətinlik və problemlə bağlı 1643 qaynar xəttinə müraciət etmələrini xahiş edir.