Nərimanov rayonunda tikinti davam edən sahələrdə dezinfeksiya və təbliğat işləri görülür.
Nərimanov rayonunda tikinti davam edən sahələrdə dezinfeksiya və təbliğat işləri görülür.
Ölkə ərazisində koronovirusa (COVİD-19) qarşı aparılan mübarizə Nazirlər Kabinetində yaradılan Operativ Qərargahın göstərişlərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nərimanov rayonunda yerləşən tikinti sahələrində koronovirusla mübarizə məqsədilə dezinfeksiya tədbirləri davam etdirilir. Həmçinin tikintidə işləyənlər arasında infeksiya ilə mübarizə məqsədilə riayət edilməli olan gigiyena qaydaları ətraflı izah olunur.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qərargahın rəhbərliyi rayon ərazisindəki tikintilərdə dezinfeksiya və təbliğat işlərinin gedişatı ilə yerində tanış olmuşlar.
Həmçinin, A.Fərzəliyev 18 saylı şəhər poliklinikasında həkim heyəti və müayinəyə gələn vətəndaşlarla görüşmüş və pandemiya şəratində tibb ocağının fəaliyyəti ilə tanış olmuşdur.
Nərimanov rayonunda Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvlərindən ibarət qruplar müxtəlif iaşə obyektlərində müəyyən olunmuş qaydalara riayət olunma səviyyəsini mütəmadi yoxlayır, əhali arasında məlumatlandırma-təbliğat işlərini icra edirlər və gün ərzində bir neçə dəfə yoxlama həyata keçirirlər.
Nərimanov Rayon İcra Hakimiyyəti sakinlərdən ciddi karantin rejiminə və Operativ Qərargahın göstərişlərinə riayət etmələrini xahiş edir.