Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir
Nərimanov rayonunda dezinfeksiya tədbirləri davam edir
Ölkə ərazisində koronovirusa (COVİD-19) qarşı aparılan mübarizə Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq epidemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nərimanov rayonunda küçə və prospektlərin səkiləri, binaların həyətləri, girişləri, pilləkən qəfəsləri, liftləri təsirli kimyəvi vasitələrlə koronovirusla mübarizə məqsədilə genişmiqyaslı dezinfeksiya tədbirləri davam etdirilir.
Proses bütün rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.
Eyni zamanda Rayon İcra Hakimiyyəti müəyyən olunmuş yaşlı, ehtiyacı olan, tənha vətəndaşlara yardımları davam etdirir. Bu kateqoriyadan olan vətəndaşlara ərzaq yardımları göstərilir və digər problemlərinin həll olunması istiqamətində işlər görülür.