Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Ramazan bayramı münasibətilə ərzaq sovqatları paylanılıb

24 may 2020 | 16:00

Nərimanov rayonunda Ramazan bayramı münasibətilə ərzaq sovqatları paylanılıb
Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata  keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Ramazan bayramı münasibətilə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə, rayon sakini olan Milli Qəhrəman ailələrinə, gözdən əlil və fiziki məhdudiyyətli digər şəxslərə, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə 300-dən artıq ərzaq məhsullarından ibarət sovqatlar verilib. Ərzaq yardımı Rayon İcra Hakimiyyətinin əməkdaşları və DOST İş Mərkəzi tərəfindən ödənişli ictimai işlərə cəlb olunmuş şəxslər tərəfindən paylanılıb. Ərzaq payı ilə bərabər sakinlərə ictimai yerlərdə istifadə üçün tibbi maskalar da verilmişdir. Görüş zamanı sakinlərə karantin rejimi qaydaları bir daha deyilmiş, sosial məsafə saxlamağın və fərdi gigiyena qaydalarının vacibliyi ətraflı izah edilmişdir.
Ərzaq yardımı alan rayon sakinləri daim dövlətin diqqət mərkəzində olduqlarını və göstərilən qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.
Təşkil edilən yardım aksiyalarının əsas məqsədi COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq olunduğu dövrdə həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaq, dövlət tərəfindən məlum infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində keçirilən tətbirlərə dəstək vermək, həmçinin cəmiyyətdə vüsət alan sosial yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaqdır.

Keçidlər