Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirusla mübarizə tədbirləri Nərimanov rayonunda davam etdirilir

17 iyun 2020 | 16:00

Koronavirusla mübarizə tədbirləri Nərimanov rayonunda davam etdirilir

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək məqsədilə yeni koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Operativ Qərargah tərəfindən növbəti tədbirlər həyata keçirilib. Operativ Qərargah üzvləri sakinlərin sıx olduğu yerlərdə - bank və bankomatların önündə, metro giriş və çıxışlarında, ictimai-iaşə obektlərində, poçt xidməti şöbələrinin qarşısında, dayanacaqlarda və marşrut xətti üzrə işləyən avtobuslarda, həmçinin ictimai-iaşə obyektlərində kütləvi şəkildə təmənnasız tibbi maska, əlcək və maarifləndirici broşüralar paylamış, rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparaq onların sağlamlıqlarının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün zəruri tədbirləri izah etmişdir. Vətəndaşlara gigiyenik qaydalara riayət etmələrini, bu həssas zamanda hər kəsə diqqətli olmağı və tibbi maskadan istifadə etməklə onlara məsuliyyətli olmaq tövsiyə edilmiş və sosial məsafənin saxlanılmasının onların sağlamlığı üçün əhəmiyyət kəsb etdiyi barədə məlumat verilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq  rayon ərazisində qapalı məkanların mütəmadi olaraq tibbi profilaktik dezinfeksiya işləri, vətəndaşlara tibbi maska və əlcəklərin paylanması və onların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Keçidlər