NƏRİMANOV RAYONUNDA REYDLƏR DAVAM ETDİRİLİR
NƏRİMANOV RAYONUNDA REYDLƏR DAVAM ETDİRİLİR
2 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın geniş tərkibli respublika videomüşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda yeni növ koronavirus ( COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının yoxlanılması ilə bağlı reydlər keçirilməyə davam etdirilir. Rayon İcra Hakimiyyətinin, rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin də daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən reydlər zamanı marketlərdə, ərzaq mağazalarında, ticarət və xidmət obyektlərində, həmçinin apteklərdə sanitar gigiyenik qaydalara ciddi əməl olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi barədə bir daha xəbərdarlıq olunmuş, koronavirus (COVİD-19) infeksiyasından qorunma yolları barədə maarifləndirici bukletlər və maskalar paylanılmışdır. Reydlər zamanı əhalinin sıx toplaşdığı yerlərdə sosial məsafə saxlamayan, yaşayış yerini icazəsiz tərk edən və tibbi maskadan istifadə etməyən vətəndaşlar barədə qanunamüvafiq qaydada tədbirlər görülmüş, eyni zamanda Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək tələb olunan qaydalardan istifadə və sanitar gigiyena qaydalarına ciddi riayət edilməsi barədə göstərişlər verilmişdir.
Mobil qruplar tərəfindən bundan sonra da fəaliyyətinə icazə verilmiş obyektlərdə reydlər və əhali arasında maarifləndirmə işləri gündəlik olaraq davam etdirilir.