Şriftin ölçüsü :

Saytın rəngi :

Möhtəşəm Xalq-Prezident tandemi

20 iyul 2020 | 16:00

Möhtəşəm Xalq-Prezident tandemi

Məlum olduğu kimi 16 iyul 2020-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan videoiclas keçirilmişdir. Möhtərəm Prezident məlumat vermişdir ki, İyul ayının 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbələr endirmiş, bu gözlənilməz zərbələr nəticəsində bizim hərbçilərimiz şəhid olmuş və yaralanmışlar. Ermənistan tərəfi bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərmişdir. Halbuki  bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz olmamışdır və ola da bilməzdi.
  Milli Ordu nəinki hərbçilərimizin intiqamını almış, həmçinin düşmənə elə bir zərbə endirilmişdir ki, erməni tərəfi hələ uzun illər bundan sonra da onu yaddan çıxarmayacaqdır. Belə ki, düşmənin yüzə yaxın hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. 12-16 iyul 2020-ci il əməliyyatlarının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaqdır. Bu əməliyyatlar, son günlər ərzində baş vermiş hərbi toqquşmalarda - bizim növbəti şanlı qələbəmizdir. Ali Baş Komandan demişdir: “Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz də. Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir”.
Ali Baş Komandan bildirmişdir ki, Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır. Bu, heç kimə sirr deyildir. Xaricdən maliyyələşən, xarici fondlardan maaş və təlimat alan, onların çevriliş texnologiyalarından bəhrələnən dəstə iki il bundan əvvəl hakimiyyəti qanunsuz yolla zəbt edəndən sonra bir çox vədlər vermişdi. Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın. Ona görə də N.Paşinyan bu təxribata əl atdı. Lakin istədiyinin əvəzində daha acı siyasi məğlubiyyətə uğradı.
Öncədən planlaşdırdığı çirkin əməlləri törədəndən və Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistan rəhbərliyi dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmiş, yardım istəmiş, hay-haray qaldırmışdı ki, qoymayın bizi burada məhv edəcəklər.
  Əldə olunmuş operativ məlumata görə, Ermənistanda böyük panika yaranıb, bəzi kəndlər və şəhərlər sürətlə boşalır. Lakin Ermənstandan fərli olaraq Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara qarşı susmalı deyil, vaxtında cavab verməli idi. Təəssüflər olsun ki, ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər versə də, həmin göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmədik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğul idi. Bəs son günlərdə Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Ayın 12-də hadisələr baş verəndən sonra nazir E.Məmmədayarov istisna olmaqla, dövlət başçısı və bütün rəsmilər işinin başında idi. Məhz bu sayğısısızlığına görə də Prezidentimiz onu vəzifəsindən azad etdi. Yeni təyin olunmuş nazir C.Cayramova uğurlar arzulayırıq və inanırıq ki, cənab Prezidentin etimadını doğruldacaqdır.
Bildiyiniz kimi, dövlət başçısı bütün vacib məsələləri xalq ilə məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, “xalqın gözü tərəzidir”. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Bunu Bakıda keçirilən, Azərbaycan Ordusunu və Ali Baş Komandanı dəstəkləyən möhtəşəm aksiya da bir daha təsdiqlədi.
Ölkəmiz üçün belə həssas bir dönəmdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, R.T. Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq və dostluq münasibətləri gördük. Pakistan dövləti birmənalı mövqeyini bildirərək, Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Eyni zamanda, Ukrayna, moldova və digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə xüsusi açıqlama ilə çıxış etdi.
Ordumuzun uğurlu əməliyyatları və əldə edilmiş uğurlu nəticələr, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir möhtəşəm mənzərə idi. Ali Baş Komandanın həmin toplandıkı müraciətindən sonra, bir gün ərzində doqquz yüz minə yaxın gənc oğlan və qızlar döyüşlərdə iştirak etmək üçün müvafiq dövlət qurumlarına müraciət edərək, qeydiyyata düşdülər. Belə getsə silaha sarılmaq istəyən vətəndaşlarımızın sayı Ermənistan əhalisinin ümumi sayından iki dəfə çox olacaq. Inşallah tezliklə bütün torpaqlarımızı düşmən işğalından azad olunacaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi, Nərimanov rayonun fəal gənci Nurlan Hüseynov

Keçidlər