Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə başlanılmış qanvermə kampaniyasında Nərimanov rayon ictimaiyyəti növbəti dəfə iştirak etmişdir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək və koronovirus pandemiyası zamanı ehtiyyat qan bankının zəngilənşdirilməsi məqsədilə başlanılmış xeyirxah kampaniyada Nərimanov rayon ictimaiyyəti növbəti dəfə iştirak etmişdir.
Keçirilən qanvermə aksiyasında Nərimanov Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak etmişdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən cəlb olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Qanvermə aksiyası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolasiya qaydalarına riayət edilmişdir.