Nərimanov rayonunda abad həyət sakinlərin ixtiyarına verilmişdi
Nərimanov rayonunda abad həyət sakinlərin ixtiyarına verilmişdir
Respublikamızın hər yerində, eləcə də, Bakı şəhərində aparılan irimiqyaslı abadlıq və yenidənqurma işləri çərçivəsində Nərimanov rayonu ərazisində də bu işlər uğurla davam etdirilir.
234 ailənin yaşadığı P.Çaykovski küçəsi 2 və 4 saylı binaların həyəti Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən abadlaşdırılmış və sakinlərin istifadəsinə verilmişdir. Qeyd edək ki, ərazidə müasir işıqlandırma sistemi quraşdırılmış, məhəllədaxili yollara yeni asfalt örtüyü çəkilmiş, bardürlər yenisi ilə əvəz olunmuşdur. Sakinlərin istəyi nəzərə alınaraq, avtomobil parklanma yerləri yaradılmış, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 4 ədəd söhbətgah, idman hərəkətləri ilə məşğul olmaları üçün müxtəlif qurğular, həmçinin uşaqlar üçün yelləncəklər quraşdırılmışdır. Ərazidə mövcud baxımsız ağaclar budanmış, yeni ağac, kol və müxtəlif gül bitkiləri əkilmişdir.
O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamının icrası ilə əlaqədar “Lifttəmir” İstehsalat Birliyi tərəfindən qeyd olunan hər iki binada cəmi 12 ədəd olmaqla yeni, müasir liftlər quraşdırılmışdır.