Şriftin ölçüsü :

Saytın rəngi :

Nərimanov rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd edilib.

29 dekabr 2012 | 16:00

28 dekabr 2012-ci il tarixdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə rayon ərazisində yerləşən “Çanaq Qala” restoranında bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ərazisində yerləşən idarə və təşkilatların rəhbərləri, rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatında rolu olan şəxslər iştirak etmişlər.
Bayram tədbirinin açılışında çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə iştirak edənləri və onların simasında Nərimanov rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək bir neçə gündən sonra vidalaşacağımız 2012-ci il ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm əlamətdar hadisələrlə yaddaşlara həkk olunduğunu qeyd etmişdir. İcra başçısı respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra böyük uğurlara imza atdığını xüsusilə vurğulamışdır.
A.Fərzəliyev daha sonra qeyd etmişdir ki, ölkəmizdə daim genişmiqyaslı işlər aparılır, bütün sahələrdə böyük inkişaf vardır. Azərbaycanın regionlarında geniş vüsət alan sosial-iqtisadi inkişaf, respublikada aparılan quruculuq və abadlıq işləri Nərimanov rayonunda da yüksələn templə davam edir.
Sonra rayonun ictimai – siyasi və sosial həyatında fərqlənən bir sıra şəxslərə müvafiq fəxri fərmanlar və dəyərli hədiyyələr təqdim edilmişdir.
Bayram tədbiri tanınmış musiqi ifaçılarının çıxışları ilə davam etmişdir.
 

Keçidlər